28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Denis Silva: “Final oyunu harada keçirilir keçilsin, əsas odur ki...”

“Neftçi”nin müdafiəçisi Denis Silva Kruz ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “İnter”ə qarşı baş tutan görüşdən sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” məğlub olsa da, finala adladı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Bizim üçün hər oyun çətin keçir. Bugünki oyun da istisna olmadı. Süni örtüklü meydançada oynayırdıq. Üstəlik, “İnter” də güclü rəqibdir. Biz də bütün gücümüzü meydanda qoyduq. “İnter”in qoldan əlavə çox şansı oldu. Onlar daha çox qol vura bilərdilər. Bununla belə, yekunda istəyimizə çatdıq.

- Demək olar ki, ikinci hissədə “Neftçi”nin bəxti gətirdi?

- Bəli, belə deyə bilərik. Həqiqətən də rəqibin xeyli şansı oldu. Amma biz də meydanda dayanmadıq, çalışırdıq. Əsas odur ki finala adladıq. İndi növbəti oyunları düşünürük.

- Finaldakı rəqib “Qarabağ”dı...

- İndidən final haqda düşünmürük. Həmin oyuna hələ çox vaxt var. Vaxtı çatanda final barədə fikirləşəcəyik. Aydın məsələdir ki, “Qarabağ” güclü komandadır. Bizi çətin oyun gözləyir.

- İkinci hissədə azarkeşlər “Neftçi”nin oyunundan narazı idilər. Onların narazılığını haqlı saymaq olar?

- Biz nəticəyə oynayırdıq. Fasilədən sonra “İnter”in qol vurmaq üçün şansı çox olurdu. Hücuma böyük qüvvə ilə atılsaydıq, müdafiədə boşluq yarana bilərdi. Belədə “İnter” növbəti qolları vuracaqdı. Bu halda nə üçün hücuma atılmalıydıq ki?

- Ötən il bürünc medala “Qəbələ” sahib çıxdı. Kuboku isə “Neftçi” qazandı. Eyni ssenari bu mövsüm də təkrarlana bilər?

- Bilmirəm. İndidən bu haqda nəsə demək çətindir. Mövsümün sonuna hələ çox var. Biz kubokun finalında uduza da bilərdik. Hər şey mümkündür.

- Premyer Liqanın növbəti turunda “Neftçi” “Qarabağ”la qarşılaşacaq. Bu oyunu finalın məşqçi adlandırmaq mümkündür?

- Yox, yox. Final tam fərqli oyun olacaq. Final matçı həlledicidir. Həmin görüşdə emosiyalar da tam fərqli olur.

- Final oyunun harada keçiriləcəyi hələ məlum deyil. “Neftçi” üçün stadionun fərqi var?

- Bizim üçün stadionun fərqi yoxdur. Final oyunu harada keçirilir keçilsin, əsas odur ki təbii ot örtüklü meydan olsun. Federasiya finalın stadionunu müəyyənləşdirərkən bu amili nəzərə alacaqlarına inanıram. Çünki süni qazonda oynamaq hər iki komanda üçün çətin olar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31