28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” uduzubsa, tək Stamenkoviç yox, hamımız günahkarıq”

“Hər şey qabaqdadır. “Qəbələ” ilə oyun arxada qaldı. İndi növbəti oyunlara hazırlaşacağıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

“Neftçi”nin vitse-kapitanı Premyer Liqanın 30-cu turu çərçivəsində “Qəbələ”yə uduzduqları oyunda baş məşqçi Arif Əsədovun start heyətində qapıda son görüşlərdə olduğu kimi Aqil Məmmədova deyil, Saşa Stamenkovçə şans verməsinə də münasibət bildirib “Aqilin komandada yeri başqadı. O cümlədən də Saşanın. Məğlubiyyətə görə qapıçını günahlandırmaq olmaz. Hansı birimizin səhvi olmur ki? Uduzmuşuqsa, tək Stamenkoviç yox, bunda hamımız günahkarıq. Qapıçı dəyikliyi baş məşqçinin qərarı idi. Qapıda ona şans verirsə, deməli, nəsə bildiyi var”.

Yunuszadə “Qəbələ” ilə oyunun ikinci hissəsində meydanda tez-tez baş verən gənrginliklərə də münasibət bildirib: “Hər iki komanda istəkli idi. Ciddi problem yoxdu. Meydanda olanlar elə orada da qaldı”.

“Düşünmək olar ki, “Neftçi”nin fikri kubokda olduğu üçün “Qəbələ”yə uduzdu” sualını Elvin Yunuszadə belə cavablandırıb: “Deməzdim ki, fikrimiz tək kubokdadı. Çempionat da bizim üçün vacibdi. Hələ kubokda finala vəsiqəni təmin etməmişik. Tıbii ki, uduzmaq xoş deyil. İndi bir-birimizə dəstək olub, finala vəsiqə qazanmalıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31