25 Aprel 2024, Cümə axşamı
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi

Ölkə futbolu

Çingiz Abdullayev: “Nazim Süleymanovun kitabının təqdimatına qatılmaq borcumdu”

“İlk növbədə dəvətə görə təşəkkür edirəm. Nazim Süleymanov haqda məlumatım var. Bilirəm, “Neftçi”nin futbolçusu olub. Bir azərbaycanlı kimi bu kitabın təqdimatına qatılmağı özümə borc hesab edirəm. Azərbaycanda tanınmış futbolçular çox olub”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Nazim Süleymanovun “Bitməyən matç” kitabının təqdimatına qatılan “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Abdullayev Nazim Süleymanovla bağlı zarafat da edib: “Fikirləşirdim ki, Nazim Süleymanovun 70-80 yaşı var. Amma indi baxıram, məndən 6 yaş cəmi kiçikdi. “Neftçi”nin oyununa baxanda düşünürdük ki, komanda üzvlərinin yaşı çoxdur. Əslində isə belə deyil. Azərbaycandan kənarda uğur qazanmaq daha çətindi. Çünki insan qürbətdə öz xalqını təmsil edir. Bu kitabın rus dilində nəşr olunması da çox yaxşı məqamdır. Belədə həmin kitabı təkcə Azərbaycanda deyil, ondan kənarda da oxuya bilərlər. Belə kitab yaratdığınıza görə sizə təşəkkür edirəm”, 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30