26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Eyni hal “İnter”in qapısı qarşısında olsaydı, biz də penalti tələb edərdik”

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “İnter”i 2:0 hesabı ilə məğlub etdi. Görüşlə bağlı nə deyə bilərsən?

- Evdə oynayırdıq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Nəticədə də 2:0 hesabı ilə qalib gəldik. Amma cütün taleyi hələ həll olunmayıb. Qarşıda cavab oyunu var və hər şey həmin matçdan sonra müəyyənləşəcək. İkinci matça da yaxşı hazırlaşmalıyıq.

- Tribunadan belə görünürdü ki, Elvin Yunuszadənin epizodunda hakim “Neftçi”nin qapısına penalti təyin etməliydi. Razısan bu fikirlə?

- Oyun epizodu idi. Dəqiq bir söz deyə bilmərəm. Hakim öz qərarını verdi. Hətta həmin epizodda penalti var idisə belə, bu, bizə aid deyil. Epizodla bağlı qəti söz demək çətindir.

- Yəqin ki, eyni epizod “İnter”in qapısı qarşısında yaşansaydı, siz də penalti tələb edəcəkdiniz...

- Onlar narazılıq etdi. Yəqin ki, eyni hal “İnter”in qapısı qarşısında olsaydı, biz də penalti tələb edərdik. Hər futbolçu öz komandasının xeyrini istəyir.

- “Neftçi” “İnter”lə oyunda çox istəkli görünürdü. Bunu klub rəhbərliyində baş verən dəyişikliklərlə əlaqələndirmək olar?

- Dəyişikliyin komandaya o qədər də təsiri yoxdu. Mövsümün sonuna az qalıb. Biz də Avroliqaya yüksəlməliyik. Bunun üçün ən yaxşı şans isə kubokdur. Əlimizdən gələni edirik ki, kuboku qazanaq.

- “Neftçi” cari mövsümdə ölkə çempionatında “Qarabağ”la bacarmır. Bu baxımdan düşünmək olar ki, qisas almaq üçün “Neftçi” finalda elə Ağdam klubu ilə qarşılaşamaq istəyir?

- Finaldakı rəqibin fərqi yoxdur. Əsas odur ki, finala yüksələk. Ondan sonra rəqibin adı da məlum olacaq. Final oyunu tam başqa olur. İndidən bu haqda nəsə demək çətindi

- Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyundan sonra komanda ilə görüşündə nə dedi?

- Komandanı qələbə münasibət ilə təbrik etdi. Komandada hər şeyin yaxşıya doğruya getdiyini söylədi. Sağ olsunlar, daim komandanın yanındadırlar. Biz rəhbərliyin dəstəyini hiss edirik.

- Oyundan sonra azarkeşlərdən biri sənə yaxınlaşıb, formanı istədi. Polislər isə həmin uşağa qarşı kobudluq etdi. Olmazdı ki, həmin uşağın könlünü alasan?

- O məndən formamı yox, kapitan sarğısını istəyirdi. Mən isə sarğını ona verə bilməzdim. Polislərə də dedim ki, uşağa qarşı kobud rəftar etməsinlər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30