24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Məhəmməd Mirzəbəyov: “Hakim penaltimizi vermədi”

“Hesab 0:0 olarkən hakim penaltimizi vermədi. Mən düşünürəm ki, orada penalti var idi”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “İnter”in üzvü Məhəmməd Mirzəbəyov deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşü şərh edən gənc futbolçu, qol epizodlarını qaçırdıqlarını vurğulayıb: “Qol vurmaq üçün şanslarımız oldu. Lakin onları dəyərləndirə bilmədik. Əvəzində rəqib qol vurdu. Necə deyərlər, vurmayana vurarlar. Hesabı açdıqdan sonra isə “Neftçi” arxaya çəkildi. Belədə onların qapısına yol tapmaq daha çətin idi. İkinci yarıda daha bir qol buraxdıq. Biz qol vura bilmədik. Əvəzində “Neftçi” şanslarını dəyərləndirdi”.

Mirzəbəyov cavab oyunu öncəsi işlərinin çox çətin olduğunu bildirib: “Baş məşqçimizin də dediyi kimi, biz səfərdə qol vurmalıydıq. Lakin bunu bacarmadıq. Səfərdə fərqlənsəydik, işimiz daha asan olardı. İndi isə vəziyyətimiz çox çətindi. “Neftçi” 2:0 hesablı qələbə qazanıb. Bunun əvəzini çıxmaq asan deyil. Bununla belə, təslim olmuruq. Sona kimi əlimizdən gələni edəcəyik ki, finala çıxaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30