24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Baçana Sxadadze: “Şans həmişə var”

“İnter”in hücumçusu Baçana Sxadadze “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- 0:2 hesablı məğlubiyyəti necə şərh edə bilərsən?

- Çətin oyun alındı. Biz şanslarımızı dəyərləndirə bilmədik. Bunun səbəblərini bilmirəm. İstədiyimiz kimi çıxış etmədik və yekunda da uduzduq. Rəqib isə şanslarını dəyərləndirdi.

- Məğlubiyyətdən sonra “İnter”in finala yüksəlmək şansını necə dəyərləndirirsən?

- Şans həmişə var. Ümid edirəm ki, evdə daha yaxşı oynayacağıq. Həmçinin rəqibin səhvlərindən yararlanmalıyıq. Qarşıda hələ 90 dəqiqəmiz var. Cütün taleyini xeyrimizə həll edə bilərik.

- Sanki “Neftçi” ilə oyuna “İnter” motivasiyasız çıxmışdı...

- Belə deməzdim. Müəyyən problemlər var idi. İkinci qolu heç nədən buraxdıq. Nə baş verdiyini anlaya bilmədim. Amma ruhdan düşmək olmaz. Başımızı yuxarı qaldırıb, öz oyunumuzu göstərməliyik.

- Yenilgiyə görə müdafiəçiləri günahlandırmaq olar?

- Tək müdafiə xəttini günahlandırmaq olmaz. Məğlubiyyətdə hamının payı var. Biz də hücumda yaxşı oynaya, qol vura bilmədik. Meydana 11 nəfər çıxırıq və nəticədə hamının günahı da olur, uğuru da.

- Cahangir Hacıyevin Beynəlxalq Bankdan ayrılmasından sonra “İnter”in gələcək taleyi qeyri-müəyyəndir. Bu məqam komandanın çıxışına təsir göstərir?

- Hazırda suallar çoxdu. Amma biz futbolçuyuq. Klubla müqaviləmiz, üzərimizə düşən öhdəliklərimiz var. İstənilən halda onları yerinə yetirməliyik. Mən ümid edirəm ki, “İnter” üçün hər şey yaxşı olacaq. Mənim komandadan gedib-getməməyindən asılı olmayaraq.

- “İnter” çempion ola bilməsə və kuboka həsrət qalsa, mövsümü komanda üçün uğursuz hesab etmək mümkündür?

- Yox, nəyə görə ki? Pozitiv məqamlar çoxdu. Həm də indidən yekun nəticə haqda danışmaq tezdi. Finala çıxmasaq belə, “İnter”in minimum vəzifəsi daim avrokuboklarda oynamaqdı. Bu dəfə də həmin tapşırığın öhdəsindən gəlməliyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30