18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Dmitri Nazarov Bundesliqaya bir qədər də yaxınlaşdı

Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Karlsrue” öz meydanında “Sankt Pauli” ilə üz-üzə gəlib. Meydana start heyətində çıxan Nazarov, 70-ci dəqiqədə Miçanski ilə əvəzlənib. Millimizin üzvü meydanda olduğu müddətdə komandası vurduğu 3 qolla matçın taleyini həll edib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 48-ə çatdıran Nazarovun komandası dördüncü pillədəki mövqeyini möhkəmləndirib. “Karlsrue”ni hazırda ikinci pillədən cəmi 1 xal ayırır.

Əlavə edək ki, ikinci Bundesliqada ilk 2 yeri tutan komanda birbaşa Bundesliqaya yüksəlir. Üçüncü yerin sahibi isə pley-off matçında qüvvəsini sınayır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30