24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Denis Silva: “1 xalı “Xəzər Lənkəran”a hədiyyə etdik”

“Neftçi”nin müdafiəçisi Denis Silva Kruz Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 29-cu turu çərçivəsində “Xəzər Lənləran”la heç-heçə oyandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun heç-heçə tamamlandı. Nə deyim? 2 top fərqi ilə hesabda öndə idik. Rəqib də azlıqda qalmışdı. Buna görə də qələbəyə çox yaxın idik. Lakin sonda qələbəni əldən verdik. Deyərdim ki, 1 xalı “Xəzər Lənkəran”a hədiyyə etdik.

- Bunun səbəbini nədə görürsən?

- Uğursuzluqda hamının günahı var. Komanda olaraq bundan dərs almalıyıq. Çalışmalıyıq ki, belə hal bir də təkrarlanmasın.

- Oyun sonrası mətbuat konfransında komandanızın baş məşqçisi Arif Əsədov komandada arxayınlaşma yarandığını bildirdi. Razısan bu fikirlə?

- Bu sözü bütün komandaya aid etmək olmaz. Kimlərsə arxayınlaşa bilər. Futbol kollektiv oyundu. Öz günahımızdan qələbəni əldən verdik.

- “Neftçi” ilə yanaşı, “Xəzər Lənkəran”ın da formasını geymisən və bir çox “Böyük oyun”un iştirakçısı olmusan. Budəfəki oyun əvvəlkilərdən nə ilə fərqləndi?

- “Neftçi” və “Xəzər Lənkəran”ın heyətində bu derbidə iştirak etmişəm. Oyunlar daim gərgin keçir. Hansı komandada oynamağımdan asılı olmayaraq, hər bir görüşün çətn keçdiyini söyləmək mümkündür.

- Amma əvvəlki illərdən fərqli olaraq, hazırki “Xəzər Lənkəran” iddialı deyil...

- Bayaq da dediyim ki, oyunda qələbəni öz səhvlərimizdən əldən verdik. Rəqibimiz gənclərdən qurulsa da, heyətində təcrübəli və güclü futbolçular da var. Axı tam gənclərlə oynamırlar.

- “Neftçi” 8 ildir Lənkəranda qələbə qazana bilmir. Bu dəfə uğursuz sindromu qırmağa çox yaxın olsaz da, yenə də alınmadı.

- Fasiləyə böyük üstünlüklə yollandiq. İkinci hissədə isə gözləmədiyimiz hallar yaşandı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30