25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

AFFA iki liqanın bombardiri mükafatlandırdı

Azərbaycan Premyer Liqasının XXIX turunda “Xəzər Lənkəran” Mərkəzi stadionunda keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” oyununun fasiləsində 2 yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb. Futbolxeber.az-ın məlumatına görə, assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən Atena U-12 Liqa və Coca-Cola U-13 Liqanın 2013/2014-cü il mövsümünün bombardirləri - müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb. M.Nərimanoğlu hər iki futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib.

Qeyd edək ki, Musa Musazadə ötən mövsüm Atena U-12 Liqada 41, Tural Bayramov isə Coca-Cola U-13 Liqada 52 qol vurub. Hər iki futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30