29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Təbriz Həsənov: “Üzərimizə necə böyük məsuliyyət götürdüyümüzü yaxşı bilirik”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına təyinatı və gələcək planları ilə bağlı fikirlərini bildirib: “Mənə etimad göstərdiklərinə görə, Məşqçilər Komitəsinə və AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. Bu uşaqlarla U-15 yığmasından çalışıram. Əlbəttə, necə böyük məsuliyyəti üzərimizə götürdüyümüzü yaxşı bilirik.  Aydın məsələdir ki, Avropa çempionatının final mərhələsinə yüksək səviyyəli komandalar vəsiqə qazanır. Onlara qarşı tam başqa cür hazırlaşmalıyıq. Hazırlığımız planlı şəkildə davam edir. Bu həftə ölkəmizdə UEFA-nın İnkişaf turniri keçiriləcək. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirməklə yanaşı, komandadakı çatışmazlıqları görək və onları aradan qaldırmaq istiqamətində işlər aparaq.

Azərbaycanda oynayan uşaqların demək olar ki, hamısını sınaqdan keçirmişik. Ən yaxşılar komandaya cəlb olunub. Təbii ki, bununla kifayətlənməyəcəyik. Seleksiya işlərini davam etdirəcəyik. Çünki ölkəmizdən kənarda da çıxış edən futbolçularımız var. Yaxın zamanlarda onları da yığmaya cəlb edəcəyik. Təəssüf ki, onları hər zaman toplanışlara dəvət etmək imkanımız olmur. Klublarından gəlmələri ilə bağlı problem ortaya çıxır.  Onları gələcəkdə komandaya dəvət edəcəyik ki, həm yığmamız güclənsin, həm də komanda daxilində rəqabət artsın. Komandada rəqabət olarsa, futbolçular daha çox inkişaf edəcək.

Komanda üzvləri ilə psixoloji söhbətlər edirik. Çalışırıq uşaqları böyük məsuliyyət haqda düşündürək və onları Avropa çempionatına motivasiya edək. Yaxşı bilirik ki, Avropa çempionatının final mərhələsinə yüksələn komandalar səviyyə, sürət, fiziki və psixoloji baxımdan çox hazırlıqlı vəziyyətdə olurlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31