25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt”da Müşahidə Şurasının növbəti iclası keçirilib

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatında çıxış edən klublar arasında Muşahidə Şurası ilk olaraq məhz "Sumqayıt" Futbol Klubunda yaradılıb.

Bu gün klubun baş sponsoru olan "Azərikimya" İstehsalat Birliyinin inzibati binasında "Sumqayıt" FK-nun Müşahidə Şurasının növbəti iclası baş tutub.

Tədbirdə şuranın üzvləri Muxtar Babayev, Hacı Salayev, Vaqif Ömərov, Telman Salahov və sədr Abdulla Məmmədov iştirak edib.

Müşahidə Şurasının iclasında klubun rəhbərliyi tərəfindən üzvlərə fəaliyyətlə bağlı ümumi hesabat verilib, eyni zamanda yeni təkliflər müzakirə olunub.

Müşahidə Şurasının növbəti iclasının 2014/2015 mövsümünün sonunda baş tutması planlaşdırılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30