20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sampdoriya” qalib oldu, “Qəbələ”nin futbolçusu mükafatlandırıldı

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi İtaliyada keçirilən beynəlxalq turnir başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni - Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb. Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində “Qəbələ” adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Komanda turniri meydan sahibləri "Borgaro" ilə qolsuz heç-heçə ilə başa vurub.

Yalnız qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən “Qəbələ” qrup səddini adlamayıb. Turnirin qalibi adına isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” qazanıb. Mükafatlandırma mərasimində “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb. 12 komandanın çıxış etdiyi turnirdə “Qəbələ”dən başqa, İsveç təmsilçisi “Höteborq”da qüvvəsini sınayıb.

U-17 ilə yanaşı, qüvvəsini ölkə xaricində təşkil olunan turnirdə sınayan 12 yaşadək futbolçulardan ibarət komanda isə ənənəvi “İzmir kuboku”nda mübarizə aparıb. 21 ölkədən olan 48 komanda arasında olan “qırmızı-qaralar” G qrupunda yer qalıb. Almaniya təmsilçisi Mönhenqladbax “Borussiya”sına və Qırğızıstan “Bişkek”inə 0:4, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, “Altay” və “Bursaspor”a 0:1 hesabı ilə məğlub olan komanda, növbəti mərhələdə yerli klublarla üz-üzə gəlib. “Kasimpaşa”ya 0:1 hesabı ilə məğlub olan U-12 “Korriklu” ilə “sülh” bağlayıb - 1:1. “Başakşəhər”ə 1:4 hesabı ilə uduzduqdan sonra isə “qırmızı-qaralar” “İzmirspor” üzərində qələbə qazanıb - 3:0. Turnirin son günündə Almaniya “Vattenşayd”ı ilə qolsuz heç-heçə edən futbolçular, “Kasımpaşa”ya yenilib - 0:3. İzmirdəki son matçında Bolqarıstanın “Ariston Ruse” komandasını sınağa çəkən “Qəbələ” Rəşad Əhmədov, Ülvi Mədətov və Emil Süleymanovun qolları ilə 3:0 hesablı qələbə qazanıb.

İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” ilə yanaşı, İtaliyanın “Yuventus” və “Roma”, Portuqaliyanın “Porto”, Ukraynanın “Dinamo” (Kiyev), Almaniyanın “Verder” və “Borussiya” (Mönhenqladbax), Hollandiyanın “Ayaks”, “Tvente” kimi məşhur klubların mübarizə apardığı yarışın qalibi adına isə İspaniya təmsilçisi “Atletik” layiq görülüb. Bilbao təmsilçisi finalda Fransanın PSJ klubunu məğlub edib - 2:1.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30