19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Nildo: “Qalan 8 turda xal itirməməliyik”

“Xəzər Lənkəran”la oyunda mühüm olan 3 xal qazanmaq idi. Bəlkə də gözəl oyun sərgiləmədik. Amma əsas odur ki, qarşıya qoyulan məqsədə çatdıq”. Futbolxeber.az saytına verdiyi müsahinədə bu sözləri “İnter”in hücumçusu Franka Nildo deyib.

Braziliyalı forvard ilk yarıda istədiklərini oyunu sərgiləyə bilmədiklərini qeyd edib: “Fasiləyə qədər oyunumuz istədiyimiz kimi alınmadı. “Xəzər Lənkəran” da meydana uğur qazanmaq üçün çıxmışdı. Onlar da əllərindən gələni edirdilər. Fasilədən sonra təzyiqi artırıb, istəyimizə çatdıq”.

“İnter”in hesabı açdığı penalti epizodunda Nildo, topa yaxınlaşmaq istəsə də, sonrada baş məşqçi Kaxaber Sxadadzenin göstərişi ilə zərbəni Meza Kolli yerinə yetirdi. Nildo məsələyə belə aydınlıq gətirib: “Penaltini tək mən yox, başqaları da yerinə yetirmək istəyirdi. Baş məşqçimiz isə Derlisin zərbə endirməsini tapşırdı. Çünki vacib məqam idi. Matçın taleyini həll etmək baxımından penaltini düzgün dəyərləndirmək lazım idi. Derlisin daha dəqiq oynayacağını düşünən baş məşqçi topu ona verməyimi istədi. Nəticə göstərdi ki, o, düzgün qərar verib. Bu da normal haldı”.

Sonda “İnter”in forvardı çempionluq üçün sona kimi mübarizə aparacaqlarını vurğulayıb: “Çempionluq şansımız davam edir. Hamımız istəyirik ki, çempion olaq. Aradakı xal fərqini aradan qaldırmaq üçün maksimum çalışacağıq. Futbolda hər cür nəticə qeydə alına bilər. Qalan 8 turda xal itirməməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30