29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov: “Fasilədə baş məşqçi risk etməyib, əvəzlənməyimi istədi”

“Qəbələ” Azərbaycan Prenyer Liqasının XXVIII turuna AZAL-la qarşılaşıb, 4:0 hesablı səfər qələbəsi qazanıb. Futbolxeber.az-ın məlumatına görə, matçın birinci hissəsində iki qol vurmaqla vacib qələbədə böyük rol oynayan Cavid Hüseynov qarşılaşma ilə bağlı fikirlərini gabalafc.az-la böıüşüb: “AZAL-la oyunun çətin olacağını düşünürdük. Bu rəqiblə əvvəlki matçlarımız çətin olmuşdu. İki dəfə onlar qalib gəlmişdilər. Bunun əvəzini çıxmaq istəyirdik. Amma hesabın 4:0 olacağını gözləmirdik. Yaxşı oynayıb, layiqli və oyuna görə düzgün olan nəticə əldə etdik. Bunadək ardıcıl 4 qələbə qazanmışdıq. Bu seriyanı 5-ə çatdırdıq. Oyundan-oyuna daha yaxşı oynayırıq. İndi bu tempi saxlayıb, belə davam etməyə çalışacağıq”.

Azərbaycan millisinin heyətində Maltaya da qol vuran yarımmüdafiiəçi son vaxtlar göstərdiyi məhsuldarlıqdan da danışıb. Premyer Liqada özünün 30-cu qolunu vuran, mövsümdə 8-ci dəfə fərqlənən Hüseynov karyerasının ən məhsuldar çempionatındakı göstəricini daha da yaxşılaşdırmaq əzmindədr: “Mənim üçün qol vurmağımdan daha çox qələbəmiz vacibdir. Amma özüm də hər qarşılaşmaya qol vurmaq istəyilə çıxıram. Bu dəfə də qol vura biləcəyimi gözləsəm də, dubl edəcəyimi gözləmirdim. Elə alındı ki, iki qol vura bildim. Son vaxtlar daha məhsuldar oynamağımın hər hansı sirri yoxdur. Görünür, qismət belədir. Həm də indi yaxşı formadayam. Daim əsas heyətdə yer alıram, inkişaf da gedir. Karyeramda bir mövsümə vurulan qol sayında ən yüksək göstəriciyə imza atdım. Buna çox sevinirəm. Daha çox qol vurmaq istəyirəm. Açığı, yayda “Qəbələ”yə keçəndə özlüyümdə götür-qoy edib, mövsümdə 6 qol vurmaq haqda düşünürdüm. Bu rəqəm mənim üçün yaxşı olardı. Amma artıq 8 qol vurmuşam. Hələ “Araz-Naxçıvan”la nəticəsi ləğv olunan görüşdə də fərqlənmişdim. Mövsümün sonunadək qol sayımı artıra da bilərəm. Düşünürəm Ki, bu rəqəmi 10-a çatdırmağım mümkündür”.

Fasilədə əvəzlənməsinə aydınlıq gətirən orta sahə oyunçusu növbəti turun “Simurq”la görüşü haqda da fikirlərini açıqlayıb: “Süni örtüklü meydanda oynayırdıq. Bu örtük də yaxşı vəziyyətdə deyildi. Burada zədə almaq, köhnə zədələri yeniləmək təhlükəsi var idi. Mənim də ayağımda əvvəldən qalma zədəm var. Fasilədə baş məşqçi risk etməyib, əvəzlənməyimi istədi. 4-cü yer uğrunda gərgin mübarizə gedir. “Simurq” da çox yaxşı komandadır. Bu gün onlar uduzdu. Bundan yararlanıb, 4-cü pilləyə yüksəldik. Növbəti tur onlarla qarşılaşacağıq. Doğma azarkeşlər önündə qalib gəlib, mövqeyimizi möhkəmlətməyə çalışacağıq”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31