19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Rahid Əmirquliyev: “Rəhbərlik “yaxşı olacaq” desə də, konkret nə baş verəcəyi bilinmir”

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 28-ci turu çırçivəsində komandanız “İnter”ə uduzdu. Görüşlə bağlı nə deyə bilərsən?

- Bilirdik ki, çətin oyun olacaq. “İnter” çempionluğa oynayan komandadır. Bizim də itirəcəyimiz heç nə yoxdur. İstəyirdik ki, yaxşı oynayaq. Yaxşı oynasaq da, nəticə həmişəki kimi alındı. Eyni səhvlərdən qol buraxdıq. Qol buraxdıqdan sonra da komanda ruhdan düşdü.

- Qapınıza təyin olunan penaltini haqlı sayırsan?

- Bəli, hakim düzgün qərar qəbul etdi. Orada penalti var idi. Top ələ dəymişdi.

- “Xəzər Lənkəran” hazırda heç bir məqsəd uğrunda mübarizə aparmır. Bu məqam yəqin ki, oyunlara motivasiyasız çıxmağınıza gətirib çıxarır.

- Məşqçi də deyir ki, çıxın, öz oyununuzu göstərin. Onsuz da itirəcəyimiz heç nə yoxdur. Həm çempionluq, həm də kubok əldən gedib. Motivasiyasız oynasaq da, qələbə qazanmaq üçün səy göstəririk. Amma hər dəfə eyni səhvlər təkrarlanır.

- “İnter”lə oyunda “Xəzər Lənkəran”ın real qol epizodları oldu. Şansların dəyərləndirilməməsinin səbəbini nədə görürsən?

- Qol epizodlarımız olur, amma əksər hallarda həmin şanslardan yararlana bilmirik. Bunda təcrübəsizliyin də rolu olur, bəxtsizliyin də.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Rəqibin adı həmin matça xüsusi motivasiya ilə çıxmağınıza səbəb olacaq?

- Evdə oynayacağıq. Bəli, həmin oyun üçün xüsusi mətovasiyaməz olacaq. Üstəlik, nəticələrimiz yaxşı olmasa da, azarkeşlərimiz sağ olunlar, bizi dəstəkləyirlər. Onların sayı “Neftçi” ilə oyunda daha çox olacaq. Biz də azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, “Böyük oyun” adı özünü bu dəfə də doğrultsun.

- “Xəzər Lənkəran”ın növbəti mövsümdən yenidən iddialı olacağı haqda yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Rəhbərlik deyir ki, yaxşı olacaq. Amma konkret nə olacağı bilinmir.

- Komandanın hazırki durumu səni qane edir?

- İstərdim ki, “Xəzər Lənkəran” həmişəki kimi iddialı olub, yenə də çempionluğa oynasın.

- Növbəti mövsüm vəziyyət dəyişməsə, yenə də “Xəzər Lənkəran” iddialı olmasa, komandada qalacaqsan?

- Klubla hələ bir illik müqaviləm var. Ona görə də hər şey rəhbərlikdən asılıdır. Özbaşına çıxıb gedə bilmərəm.

- Klubun strategiyasının dəyişməsi maaşlarınıza təsir etdimi?

- Yox, maaşla bağlı hər hanı problem yoxdur. Əvvəl nə alırdıqsa, indi də onu alırıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30