17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Kaxaber Sxadadze: “Qarabağ”ın xal itirməsi hər birimiz üçün gözlənilməz oldu”

“İlk hissədə komandam istədiyi kimi oynaya bilmədi. Amma fasilədən sonra oyunun ssenarisi dəyişdi. Fasilədə bəzi oyunçuların “ayılması” üçün lazım olan sözləri dedim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Sxadadze rəqibin istəkli olmasını vurğulayıb: “Fasilədən sonra komandam daha yaxşı oynadı. “Xəzər Lənkəran” elə komandadır ki, hər an qol vura bilər. Buna görə də oyun ərzində çox əsəbi idim. Lakin ikinci qolu vurduqdan sonra artıq sakitləşdim”.

Gürcü mütəxəssis çempionatın lideri “Qarabağ”ın xal itirməsi haqda da danışıb: “Qarabağ”ın xal itirməsi hər birimiz üçün sürpriz oldu. Mən Ağdam klubunun bu turu itkisiz başa vuracağını düşünürdüm”.

Sxadadze komandasının 2 üzvünün çıxışı da dəyərləndirib: “Nildonun artıq çəkisi yoxdur. Sadəcə, onun bədən quruluşu elədir. Onun oyunu haqda nə deyim? Qol vurmaq üçün şansları oldu. Lakin onlardan yararlana bilmədi. Bəzi hallarda bəxti də gətirmədi. O ki qaldı Sezar Meza Kolliyə, düşünmək olar ki artıq formaya düşür. Qardaşı kimi o da işinin peşəkarıdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30