20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Çelsi”nin qalib olduğu turniri “Qəbələ” 13-cü pillədə başa vurdu

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi ənənəvi beynəlxalq “VI Manavqat” turnirinə yekun vurulub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Türkiyədə təşkil olunan yarışdakı son oyununda Danimarkanın “Holbak” klubu ilə üz-üzə gəlib. 13-14-cü yerlər uğrunda mübarizə aparan komandaların oyununda qalib müəyyənləşməyib - 1:1. “Qəbələ”nin heyətində Veysəl Rzayev qol sevinci yaşayıb. 13-cü yerin taleyinə oyun sonrası penaltilər seriyasında aydınlıq gəlib. 3:2 hesabı ilə qalib gələn Ülfət Mədətovun yetirmələri turnirdə çıxış edən 24 komanda arasında 13-cü olub. “Qırmızı-qaralar” sabah axşam saatlarında Azərbaycana qayıdacaq.

Qeyd edək ki, “VI Manavqat” turnirinin final oyununda iki adlı sanlı klub - İngiltərə “Çelsi”si və Türkiyə “Qalatasaray”ı üz-üzə gəlib. Bu qarşılaşmada əvvəl London təmsilçisi 2 qol vursa da, türkiyəlilər hesabı bərabərləşdirməyə nail olub. Lakin “Çelsi” matçın sonlarında 3-cü dəfə fərqlənməklə turniri çempion kimi başa vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30