18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Hafiz Hacıyev Çingiz Abdullayevin "Neftçi"yə gəlişindən danışdı

“Bu addım çoxdan atılmalı idi. Çingiz Abdullayevin təyinatının uğurlu olacağına inanıram”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Tanınmış yazıçı Çingiz Abdullayevin “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri postuna təyin olunmasına münasibət bildirən Hacıyev bu addımı yüksək dəyərləndirib: “Çingiz müəllim çox dəyərli ziyalıdı. Azərbaycanda fəxr ediləsi insanlardan biridi. Yaxından tanıdığıma, onun qeyrətinə bələd olduğuma görə, bu təyinatına çox sevindim. Milli qeyrəti olan insanın “Neftçi” kimi komandaya rəhbər seçilməsi uğurlu addımdı. Çünki Çingiz müəllimdə milli qürur var. “Neftçi” elə komandadı ki, onun adına layiq rəhbəri olmalıdı. Düşünürəm ki, Çingiz müəllim Azərbaycanda elm sahəsinin inkişafına necə xidmət edibsə, varlığı ilə futbol sahəsində də bu cür mövqe tutacaq. Onun prinsipiallığı, iş təcrübəsi, dünyada tanınması “Neftçi”yə böyük uğur gətirəcək. Arzu edirəm ki, Çingiz müəllim “Neftçi”ni ən yüksək yerlərə daşısın”.

Hacıyev “yazıçının futbolda nə işi var?” deyən insanların yanlış düşüncədə olduqlarını bildirib: “Deyirlər ki, futbolda peşəkarlıq mühüm amildi. Bunların hamısı boş söhbətlərdi. Əsas əməkdaşlarla dil tapmaq, komandanı düzgün istiqamətə yönəltmək, onlara milli qüruru aşılamaq və ruhlandırmaqdı. Bunların hamısı Çingiz müəllimdə var. Ziyalı hər yerdə sözünü deməyi bacarır. Çingiz müəllim kimi ziyalılarımızın bu cür vəzifələrdə olması daha çox xeyir verər. Əminəm ki, qısa müddətdə bu təyinatın xeyrini hər kəs görəcək”.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30