25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

9-cu ola bilməyən “Qəbələ” 13-cü yer uğrunda mübarizə aparacaq

13 yaşadək futbolçulardan ibarət komandalar arasında Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində pley-off mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, 9-16-cı yerlər uğrunda mübarizə aparan “Qəbələ”nin U-13 komandası bu mərhələnin iki oyununu keçirib. Türkiyənin “Osmanlıspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” bu görüşdə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Ülfət Mədətovun komandası 13-16-cı yerlər uğrunda mübarizə aparmalı olub. Kosovo təmsilçisi “Nyu Star”la qarşılaşan “Qəbələ” bu matçda 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Nihad Bağırov və Veysəl Rzayev vurublar. Sabah başa çatacaq turnirin son günündə “Qəbələ” 13-14-cü yerlər uğrunda matçda meydana çıxacaq. “Qırmızı-qaralar” Danimarkanın “Holbak” komandası ilə üz-üzə gələcək. Matç saat 10:45-də başlayacaq.

Qeyd edək ki, “qırmızı-qaralar” qrup mərhələsində Türkiyə “Qalatasaray”ı və Danimarka təmsilçisi “Nordsyelland”a eyni - 0:2 hesabı ilə uduzub, “Özerspor”u 2:1, “Seyrantəpəspor”la

“Berlin Türkiyemspor”un hər ikisini 1:0 hesabı ilə məğlub edərək 9 xalla 6 komanda arasında 3-cü olmuşdu.


gabalafc.az


Ad: Qasimov Yusif;   E-mail: [email protected]

03.04.2015 19:17

Salam menim adim yusif dir men goycayda qaliram menim 13 yawim var men de sizin 13 luqa lar arasinda oynamaq istiyirem yoxlaniwa gele bilerem Xaiw mene komek edin Ealaqe telefonu 055-607-92-71 elaqe saxlayin futbola boyuk hevesim var xaiw cavap yazin...

Ad: Qasimov Yusif;   E-mail: [email protected]

03.04.2015 19:14

Salam menim adim
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30