25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elxan Məmmədov: “Prosineçki bizdən xahiş etdi ki, rəqib güclü olsun”

AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi

- AFFA rəhbərliyi “Neftçi” klubundakı son rəhbər dəyişikliyini necə qiymətləndirir?

- AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olundu ki, hər bir klubda Müşahidə Şurası yaradılmalıdır və aktiv fəaliyyət göstərməlidir. Başqa klublarımızda da  bu şura yaradılıb. Lakin hələ ki, onlar aktiv fəaliyyətə başlamayıb. Bunu təəssüf hiss ilə vurğulayıram. Ötən il klub rəhbərləri və İcraiyyə Komitəsinin üzvləri ilə  söhbətimizdə tələb etmişdik ki, Müşahidə Şuraları yaradılsın. AFFA kimi bir qurumda da İcraiyyə Komitəsi var. Bütün vacib qərarları bu komitə verir. İcraiyyə Komitəsinin tövsiyəsi əsasında hər bir Müşahidə Şurasında futbol adamları da olmalıdır. Sevindirici haldır ki, "Neftçi" erkən aktiv fəaliyyət başladı.

- Daha hansı klublarda Müşahidə Şurası yaradılıb?

- Biz bununla bağlı klublara müraciət etmişik. Əksər klublar rəsmi qaydada Müşahidə Şurası yaratdıqlarını bizə bildiriblər. Bəzilərində isə yaranmaqdadır. Ən birinci "Sumqayıt" klubu Müşahidə Şurası yaratdı. Sonra digər klublar da bunu etdilər. Müşahidə Şurasının hər üzvünün konkret işi var. Yəqin ki, onlar öz işlərini görürlər.

- “Neftçi” klubunun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə bildirib ki, Premyer Liqada oyunların iş günləri və iş saatlarında başlaması (məsələn, çərşənbə günü, saat 17.00-da) doğru deyil. Və əlavə edib ki, azarleşlərin stadiona cəlb olunması üçün matçların başlama saatının dəyişməsi vacibdir. Matçların iş vaxtı olmayan saatlarda keçirilməsi ilə əlaqədar təkliflər çoxdan var. Bununla bağlı AFFA rəhbərliyi tərəfindən Peşəkar Futbol Liqası ilə birgə hansısa işlərin görülməsi nəzərdə tutulubmu?

- Bunu Peşəkar Futbol Liqası və klublar öz aralarında həll etməlidir. Klublar bununla bağlı PFL-ə müraciət etsələr, yaxşı olar. Bir futbol azarkeşi kimi deyə bilərəm ki, oyunların qeyri-iş günündə keçirilməsi daha yaxşı olardı. Lakin PFL-in və televiziyaların qrafiki də nəzərə alınmalıdır. Televiziyanın şərtlərinə də əməl olunur. Oyunları mümkün qədər qeyri-iş gününə salmaq lazımdır.

- Bəzi media orqanlarında “Neftçi”dəki hazırkı idarəetmə sisteminin qeyri-rəsmi şəkildə AFFA rəhbərliyinin, konkret olaraq, sizin nəzarətinizə keçməsi haqda məlumat yayılıb. Bu iddialara münasibətiniz necədir?

- Təbii ki, bunlar doğru məlumatlar deyil. Kimsə bunu özündən uydurub. "Neftçi"nin öz rəhbərliyi var. Hansı ki, o rəhbərlik bu klubda böyük uğurlar əldə edib. Etiraf etmək lazımdır ki, "Neftçi" son üç ildə böyük nəticələr qazanıb. İndi də "Neftçi" özü qərar verib ki, struktur dəyişikliyi etsin və Müşahidə Şurası yaratsın. Bu Şuranın AFFA-ya və konkret olaraq mənə heç bir aidiyyati yoxdur.

-  U-17 və U-19 milli komandalarının uğursuz çıxışı ilə bağlı nə deyə bilərsiniz? Gələcəkdə belə halların təkralanmaması üçün federasiya tərəfindən nə kimi addımlar atılacaq?

- Bu komandalarımız elit-raunda vəsiqə qazanaraq bizi necə sevindirmişdilərsə, elə də məyus etdilər. Təbii ki, istəməzdik ki, belə bir nəticə olsun. Bildiyiniz kimi, bu ildən Məşqçilər Komitəsi də aşağı yaş qruplara nəzarət edilər. Elit-raund mərhələsində də onlar milli komandalarımızla birgə idilər. Həm MK, həm də U-17 və U-19 millilərimizin məşqçilərindən müvafiq hesabat gözləyirəm. Bildiyiniz kimi, U-17 millimizin baş məşqçisi Mirbağır İsayev uğursuz çıxışlara görə istefa verdi.  U-19 millimizin baş məşqçisi Nikolay Adamın isə müqavilsəi başa çatıb. O da komandada qalmayacaq.

- U-17-nin baş məşqçisi Mirbağır İsayevin istefası qəbul olunacaqmı?

- Mirbağır müəllim emosional bir qərar verib. Biz ona vəzifəsində qalmağı təklif etdik. Bu yaxınlarda AFFA rəhbərliyi məsələ ilə bağlı müvafiq qərar çıxaracaq.

- Onun U-19-a gətiriləcəyi ilə bağlı xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

- İlk növbədə M.İsayevin istefası məsələsinə baxılmalıdır. Təbii ki, artıq yaş qrupunun dəyişməsi ilə bağlı M.İsayev bu komanda ilə çalışmayacaq.

- Milli komandamızın Serbiya ilə yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib?

- Danışıqlar davam edir. İki həftə ərzində qərar veriləcək. Bəzi şərtlər var ki, onları müzakirə edirik. Oyunu Avstriyada keçirməyi planlaşdırırıq. İstəyirik ki, həmin oyundan sonra komandamız Norveçə getsin. Yaxşı olardı ki, millimiz yolüstü orta Avropa ölkələrinin birində təlim-məşq toplanışı keçsin.  Baş məqşçimiz Robert Prosineçki bizdən xahiş etdi ki, rəqibimiz güclü olsun. Ona görə də 2-ci və 3-cü səbətdə olan komandalarla danışıqlar aparırıq. Bir neçə komandalarla danışıqlar gedirdi. Lakin Serbiya ilə qarşılaşacağımız 90 faiz həll olunub. Bəzi xırda məsələlər qalıb.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30