19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Aslan Şahgəldiyev: “Bu haqda hələ rəsmi qərar qəbul edilməyib”

“Ölkə kubokunun finalının vaxtının dəyişdiriləcəyi haqda şaiyələr gəzir və bu barədə mən də eşitmişəm”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Lakin Şahgəldiyev hələlik bu haqda heç bir rəsmi qərarın olmadığını bildirib: “İyunda ayında Bakıda Avropa Oyunları keçiriləcək. Üstəlik, əsas və gənclər millimizin seçmə mərhələdə oyunları olacaq. Lakin bu ana qədər kubokun finalının vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi qərar yoxdur. Hələ ki bu haqda Peşəkar Futbol Liqasına heç bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, az əvvəl Futbolxeber.az saytına daxil olan məlumata görə, ölkə kubokunun finalının vaxtı daha əvvələ çəkiləcək. Görüş iyunun 3-dən tez baş tutacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30