19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Cəbrayıl Cəbrayılov: “Neftçi”ni yenə də SOCAR maliyyələşdirəcək”

"Neftçi”nin Müşahidə Şurasına SOCAR-ın nümayəndəsi kimi üzv seçilmişəm. Rövnəq Abdullayevin də qeyd etdiyi kimi, "Neftçi" artıq ictimailəşir. Bununla belə, ilkin mərhələdə “Neftçi”ni yenə də SOCAR maliyyələşdirəcək”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılov deyib.

Cəbrayılov qeyd edib ki, o, kluba ayrılan maddi vəsaitin xərclənməsinə nəzarət edəcək: “SOCAR-ın maliyyəsinin daha məqsədəuyğun, vəsaitin klubun bilavasitə inkişafına xərclənməsi nöqteyi-nəzərindən Müşahidə Şurasında mənim də olmağım lazım bilinib. Biz bunu futbola marağın artması məqsədilə edirik. Futbol dünyanın hər yerində ictimailəşib. Dünya praktikasında da görürük ki, bir və ya bir neçə şəxsə məxsus olan futbol klubları heç də rentabellik göstəricisi ilə işləmirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30