20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mübariz Zeynalov: "Neftçi”nin yenidən yüksəkdə olması üçün çalışacağıq”

"49 ildən sonra hansısa quruma rəhbərlərdən biri kimi dəvət almaq sevindirici haldı. Mən də bir veteran futbolçu kimi öz təcrübəmi, biliklərimi gənclərə çatdırmağa çalışacağam". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalov deyib.

Zeynalov Müşahidə Şurasının iclasında öz təkliflərini irəli sürəcəyini bildirib: "Neftçi" həmişə mənim qəlbimdədi. Ürəyimdən nələr keçirsə, həmin təklifləri irəli sürəcəyəm. Təkliflər çoxdu. Görüləsi çox iş var. İstərdik ki, "Neftçi" bundan da yüksəkdə olsun. Biz də bunun üçün çalışacağıq. Sadəcə, fikirlərimizi həyata keçirmək üçün bir az vaxt lazımdı".

Zeynalov Müşahidə Şurasının ilk iclasının vaxtını da açıqlayıb: “Sabiq futbolçu kimi məsləhətlərimi verəcəyəm. Futbolun taktikası var, texnikası var, bunlara Səməd Qurbanovla birlikdə biz cavabdehlik daşıyacağıq. Müəyyən işlər var ki, onlarla Müşahidə Şurasının digər üzvləri məşğul olacaqlar. Hələ bölgü olmayıb. Olandan sonra konkret biləcəyik ki, kim nə ilə məşğul olmalıdı. Aprelin 3-də, "Simurq"la oyundan öncə yığışacağıq və başlanğıc edəcəyik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30