25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bəhram Bağırzadə: “Çərşənbə günü, 17:00-da futbol olmamalıdı”

"Həmişə KVN-lə futbolu müqayisə etmişəm. Biz "Parni iz Baku" ilə XX əsrin çempionu adını qazananda bunun üçün 10 il çalışmışdıq. İndi də azarkeşləri stadionlara qaytarmaq üçün bizə 1-2 il vaxt lazımdı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının üzv seçilən tanınmış aktyor və şoumen Bəhram Bağırzadə deyib.

Bağırzadə jurnalistlərin köməyinə ehtiyac duyduqlarını qeyd edib: "İndi yalandan desəm ki, sabahdan “Neftçi”nin oyununda anşlaq olacaq, düz çıxmaz. Bunun üçün çalışmaq lazımdı. İlk növbədə siz jurnalistlər bizə kömək etməlisiz. Hamımız əlbir olmalıyıq ki, nəticə əldə edək. Rəssamı da, bəstəkarı da, heykəltəraşı da, aktyoru da üzə çıxaran jurnalistlərdi. Jurnalistlər olmasa, heç bir peşənin sahibləri tanınmaz".

 “Neftçi”nin Müşahidə Şurasının üzvü oyunlarının vaxtının düzgen seçilməməsindən gileylənib: “Bu mənim səlahiyyətimdə deyil. Ancaq öz fikrimi federasiyaya da bildirəcəm. Çərşənbə günü, 17:00-da futbol olmamalıdı. Azarkeşlərin bir çoxu həmin vaxt içdə olur. İş vaxtı heç bir vətəndaş öz işini qoyub stadiona gələ bilməz. Vaxtını dəyişəndən sonra artıq aktyor, şoumen kimi bilirəm ki, insanları stadiona necə cəlb etmək olar. İnsan psixologiyasına bir balaca da olsa, bələdəm. Həftənin 3-cü günü, günorta saat 5-də insanları stadiona gətirmək mümkün deyil. Kopperfild də olsam, həftəiçi "Baksell Arena"ya 12 min azarkeş gətirə bilmərəm. Stadiona əvvəlcə 3-5 min azarkeş yığmaq olar. KVN-in gücü onda idi ki, 20-30 nəfər hamı eyni cür düşünürdü. Əgər mənim ətrafımda elə bir komanda olsa, yaxşı olacaq. Söhbət futboldan getmir, azarkeşlər və şoudan gedir. İnanın ki, onda istəyimi həyata keçirəcəm. Mən klubda futbol işlərinə qarışmıram. Çingiz Abdullayev də dünən dedi ki, bizim işimiz bu deyil, futbol məsələləri üçün peşəkarlar var".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30