19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Adam: “Danimarka ilə oyunun nəticəsi elit-raund haqqında müsbət fikirlərimizə təsir etməyəcək”

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirlmiş Azərbaycan - Danimarka oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam affa.az-a açıqlama verib: “Bu oyunun nəticəsi bizim elit-raund haqqında müsbət fikirlərimizə təsir etməyəcək. Məşqçilər heyəti ilə rəqiblərimizin oyununu analiz edərkən Danimarkanın güclü komanda olduğunu qeyd etmişdim. Məncə, qrupumuzda yer alan komandalar arasında komanda şəklində ən güclü məhz Danimarka yığması idi. Oyundan əvvəl bilirdik ki, bu qarşılaşma heç də asan olmayacaq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq qalib gəlsək belə, heç nə dəyişməyəcəkdi. Heyətdəki itkilər də nəticəyə təsir etdi. İlyas Səfərzadə cəzalı, Fəhmin Muradbəyli və Renat Ağaverdiyev isə zədə səbəbindən oynamırdı. Bunlar və Danimarkanın da güclü olması böyükhesablı məğlubiyyətlə nəticələndi. Onu da qeyd edim ki, qapıçımız Tolqa Şahinin fantastik oyunu hər üç oyunda hesabın daha böyük olmasına imkan vermədi. Biz 19 yaşadək futbolçular arasında 28 ən yaxşı komanda arasına düşdük. Hesab edirəm ki, Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30