28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Sadıq Sadıqov: “...“Neftçi”yə yeni rəhbər lazımdı”

“Neftçi”nin prezidenti vəzifəsindən ayrıldığı deyilən Sadıq Sadıqov Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi”nin prezidenti postundan istefa verdiyiniz haqda yayılan məlumatlar nə dərəcədə düzgündür?

- Gördüyünüz kimi, mən komandanın yanındayam, məşqi izləyirəm. Komandadan getməmişəm.

- O zaman bu xəbərlər haradan qaynaqlanır?

- Sadəcə olaraq, “Neftçi” İSM-lə “Neftçi” PFK birləşib. Bundan sonra vahid təşkilat kimi fəaliyyət göstərəcəyik. Bu qurumun rəhbəri də mənəm. Lakin ayrı-ayrı strukturlarda dəyişiklik ola bilər.

- Mətbuatda yazıçı Çingiz Abdullayevin “Neftçi”nin prezidenti olacağı haqda xəbərlər yayılıb?

- Bu xəbərə münasibət bildirmək istəməzdim. Nəsə olsa, bu haqda xəbəriniz olacaq.

- “Neftçi”nin əvvəlki uğurlarını təkrarlaması üçün nə lazımdı?

- Yeni rəhbər.

- Sadıq Sadıqov futboldan yorulub?

- Yox, yorulmamışam. Sadəcə olaraq, son mövsüm çox həyəcanlı, çox stressli oldu. Avroliqada pley-offa kimi irəlilədik. Lakin heç nədən “Partizan”a uduzduq. Səfərdə 2:0 hesabəı ilə öndə olduğumuz oyunu uduzduq. Daha sonra evdə qələbə qazana bilərdk. Amma qrupa düşmək şansını yekunda əldən verdik. Bütün bunlar adama pis təsir edir. Buna baxmayaraq, hazırda “Neftçi” yaxşı vəziyyətdədir.

- Xeyli müddətdir “Neftçi”nin prezidentisiz. Komandadan getsəz, futbolsuz qala bilərsiz?

- Allah uzaq eləsin, insanın əzizi rəhmətə gedənd belə 40 gündən sonra özünə gəlməyə çalışır. Yəqin ki, komandadan getsəm, müəyyən müddətdən sonra son özümə gələrəm. Amma futbolsuz qalmaq həqiqətən də çətin olar. Bir müddətdir komandanın prezidentiyəm. Pis gündə də, yaxşı gündə də çalışmışam ki, “Neftçi”yə dəstək olum.

- Malta ilə oyun üçün “Neftçi”dən heç bir futbolçu milliyə dəvət almadı. Buna münasibətiniz necədir?

- Çox pis oldum. Çünki “Neftçi”nin futbolçuları hər zaman millidə olub. Prosineçki milliyə ən güclüləri dəvət etmişdi. Layiqli qələbə qazandılar. “Neftçi”nin futbolçuları isə daha çox çalışmalıdırlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31