24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vaqif Sadıqov: “Millimiz Fransa və İngiltərə ilə oyunlarda simasını itirmədi”

“FUTBOL İCTİMAİYYƏTİ BU GƏNCLƏRİN ADLARINI YADDA SAXLAMALIDIR, ÇÜNKI ONLAR BİZİM SABAHIMIZDI”

AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri, hazırda 19 yaşadək futbolçulardan ibarət milli komandamızla birgə Fransada olan Vaqif Sadıqov Futbolxeber.az saytına müsahibə verib.

- Elit-raundun ilk 2 turu çərçivəsində U-19 millimiz Fransa və İngiltərə ilə üz-üzə gəldi. Bu oyunları necə dəyərləndirə bilərsiz?

- İlk dəfədir ki, U-19-la rəsmi turnirdə iştirak edirəm. Deyə bilərəm ki, bu komandanın heyətində çox istedadlı futbolçular var. Düzdür, güclü qrupa düşmüşük. Amma futbolçularımız heç nədən çəkinmədəm Fransa və İngiltərəyə qarşı başabaş mübarizə apardılar. Onlar buna əvvəldən də hazır idilər və güclərini meydanda da sübut etdilər. 2 oyunda xala həsrət qalmağımızı sırf bəxt amili ilə əlaqələndirə bilərəm. Heyətlərə fikir verin. Digər komandaların heyətlərində yer alan futbolçuların demək olar ki, hamısı 1996-cı il təvəllüdlüdür. Onların əksəri köklü klublarda - “Çelsi”də, “Mançester Siti”də, “Atletiko”da, “Yuventus”da forma geyir. Bizim heyətdə isə futbolçuların 50 faizi 1997-ci il təvəllüdlü futbolçulardır. Bu önu göstərir ki, biz gələcəyə hesablanmış iş görürük. U-19 Fransa və İngiltərə ilə oyunlarda simasını itirmədi. Komandamız özünü yaxşı tərəfdən göstərir. İnanıram ki, son oyunda lazım olan nöqtəni qoyub azarkeşlərimizi sevindirəcəyik. Bütün bunlar göstərir ki, gələcəkdə güclü yığmamız formalaşacaq.

- Oyunlara canlı olaraq tamaşa edirsiniz. Bizim futbolçuların fransızlardan, ingilislərdən hansı fərqi var?

- İlk növbədə fərdi səviyyəni qeyd etmək olar. Komanda şəklində biz heç kimdən zəif deyilik. Rəqib komandanın heyətində elə futbolçular var ki, onların dəyəri 3,5, 7 milyondur. Çünki fərdi ustalıqları çox yüksəkdir. Həlledici amil də elə budu. Fransa ilə oyunda “Yuventus” oyunçusu dubl etdi. İngiltərə ilə oyunda “Mançester Siti”nin üzvü qol vurub, matçın taleyini həll etdi. Komanda şəklində biz heç kimdən geri qalmırıq, bəlkə də üstünük. Hər futbolçumuz meydanda mübarizə aparmağa qadirdi. Komandanın daxilindəki ab-hava da əladı. Bu gün U-19-da komandada şəklində sırf peşəkarlıq hökm sürür. Bu ciddi amildi və mən bu məqamı diqqətlə izləyirəm. Futbolçular nə etməli olduqlarını çox yaxşı bilirlər. Meydanda da, ondan kənarda da. Gələcəkdə bunun bəhrəsini görəcəyik

- U-19 növbəti matçını Danimarkaya qarşı keçirəcək. Bu oyundan nə gözləyirsiz?

- Çox ağır oyun olacaq. Danimarka da bu gün bizim kimi 2 turdan sonra xalsızdı. Amma bizim qarşıdakı oyunda xala çox ehtiyacımız var. Ingiltərə ilə oyundan sonra futbolçularla söhbətdə müşahidə etdim ki, onlar dərhal növbəti oyunu düşünürlər. Onlar da evə əliboş qaytımaq istəmirlər. Məqsədləri futbol ictimaiyyətini sevindirməkdir. İnanıram ki, komandamız tam gücünü qoymaqla vətənə qələbə ilə qayıdacaq.

- Komandamızın heyətində hansı futbolçuların çıxışını xüsusi olaraq fərqləndirə bilərsiz?

- Bu gün heyətdə bacarıqlı futbolçuların sayı kifayət qədərdir. Bunu biz Bernhard Lippertlə də müzakirə edirik. Bu komandada olan 1996-cı ilə təvəllüdül futbolçular keçid dövründədirlər. Tezliklə onlar U-21-ə namizəd olacaqlar. Biz həmin oyunçuları Yaşar Vahabzadəyə tövsiyə edəcəyik. Qoy, onların oyunu izləsin. Bu oyunçulardan Vadim Ağamirovun, Qazıməhəmməd Qurbanovun, Budaq Nəsirovun, Qismət Əliyevin, Mirkamil Haşımlının, İlyas Səfərzadənin, Fəhmin Muradbəylinin adlarını çəkə bilərəm. Bu, 1996-cı il təvəllüdlü futbolçulardır. Dediyim kimi, bu gün onlar keçid dövründədirlər və biz onları itirməməliyik. Onlara nəzarət etməli, səviyyələrini artırmaları üçün əlimizdən gələni etməliyik. Oyunçularımız hər oyunda futbol oynamağı bacardıqlarını sübut edirlər. Görsənir ki, komandamızın potensialı var. Bilirsiz, komandamızın gücünü dəqiq bilmək üçün güclü rəqiblərlə oyuna canlı baxmaq lazımdı. Rəqiblərin oyununu gördükdə millimizin mübarizəsini qeyd etməmək qeyri-mümkündür. Mən də bunu görüb fikrimi deyirəm. Ən vacibi odur ki, 1996-cı il təvəllüdlü futbolçulardan başqa, 1997-ci il təvəllüdlü istedadların a sayı kifayət qədərdir. Onlar U-19-da çıxışlarını davam etdirəcəklər. Bu baxımdan Ağaseyid Qasımovun, Tolqa Şahinin, Yusif Nəbiyevin, Bəhlul Mustafazadənin, Renat Ağaverdiyevin, Elgün Uluxanovun, Elnur cəfərovun, Mahir Mədətovun adlarını qeyd edərdim. Bu futbolçuların adlarını boş yerə çəkmirəm. Futbol ictimaiyyəti bu gənclərin adlarını yadda saxlamalıdır. Çünki onlar bizim sabahımızdı. Gələcək ulduzlar, əsas milliyə potensial namizədlərdirlər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30