16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Nikolay Adam: “İki real qol şansımız olsa da, dəyərləndirə bilmədik”

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirlmiş İngiltərə - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam affa.az-a açıqlama verib: “İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı imkanı qola çevirməyi bacardı. Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir. Fikrimcə, ölkəmizi burada yaxşı təmsil edirik. Kollektiv olaraq düzgün seçim edib yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib tapşırıqlarımızı meydanda həyata keçirirlər. Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək. Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni şad edir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30