16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Prosineçki: “Hər şey tam istədiyimiz kimi alınmadı”

“Oyundan narazı qaldım. Bəzi məqamlarda mən istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdik. Bundan yaxşı oynaya da bilərik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Malta üzərində 2:0 hesablı qələbə qazanan komandamızın xorvatiyalı çalışdırıcısı bildirib ki, nəticə ürəyincədi: “Futbolçular əllərindən gələni etdilər. Lakin onların potensialı bundan da yaxşı oynamağa imkan verir”.

Prosineçki Məhəmməd Qurbanovu meydana buraxmaması ilə bağlı sualı belə cavablandırıb: “Qarşılaşmadan öncə çətin matç olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Fikir verirəm ki, jurnalistlər tövsiyə edirlər ki, kim harda oynamalıdı. Mən baş məşqçiyəm, öz fikirlərim var. Namiq Ələsgərov matça yaxşı başladı, amma zədələndi. Ümid edirəm ki, onun zədəsi ciddi deyil. Mən ümumilikdə hücum, yarımmüdafiə və müdafiə xəttindən razı qaldım”.

Millimizin çalışdırıcısı yığmamızın ikinci hissədə geri çəkilməsinin səbəbini belə izah edib: “Sözsüz ki, bu, psixoloji təzyiqlə bağlı idik. Əvvəlki 4 oyunda məğlub olmuşduq. Buna görə də, komanda bu dəfə qalib gəlməli idi. 90 dəqiqə hücum futbolu oynaya bilmədik. Üstəlik, bu gün 3 futbolçu ilk dəfə millinin formasını geyindi. Bəzi məqamlarda geri çəkilməli olduq. Bu da dediyim kimi, psixoloji gərginliklə bağlı idi. Erkən qol vurduq. Birinci hissədə topu daha çox saxlamağa çalışdıq. Səhvlərimiz oldu. Tam istədiyimiz kimi hər şey alınmadı, vaxt lazımdı. Futbolçular da insandılar, onları da başa düşmək lazımdı. Malta böyük futbol ölkəsi olmasa da, belə komandalara qarşı oynamaq çətindi” (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30