19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” “Feyenord”a uduzdu

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada ilk oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, martın 23-dən başlayaraq “Zanbaqlar ölkəsi”ndə olan Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv tanınmış “Feyenoord” klubundan olan həmyaşıdları ilə üz-üzə gəlib. Yoxlama oyunu öncəsi “qırmızı-qaralar” Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdama yollanaraq şəhərlə tanış olublar. Komandanın üzvləri “Feyenoord”un ev matçlarını keçirdiyi “De Kuip” stadionunu gəziblər.

Yoxlama oyunu meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin qollarını İdris İnqilablı və Məhəmməd Məhərrəmov vurublar.

Qeyd edək ki, U-14 Hollandiyada olduğu müddətdə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış edəcək. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30