20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Sumqayıt" "Xəzər Lənkəran"la oyunun hazırlığını davam etdirir

Novruz Bayramı və Premyer Liqada yaranmış fasilə ilə əlaqədar "Sumqayıt" Futbol Klubu 4 günlük istirahəti martın 22-də başa vurub. Futtbolxeber.az-ın məlumatına görə, artıq 4 gündür məşqlərini davam etdirən Aqil Məmmədovun komandası gündə iki dəfə olmaqla növbəti turdakı səfərdə qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlaşır. Komandanın heyətində zədəli futbolçu yer almır.

Qeyd edək ki, A millinin düşərgəsində yer alan Andrey Popoviç, Məhəmməd Qurbanov, U-21-də olan Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev, Orxan Əliyev və U-19-la elit-raundda iştirak edəcək Budaq Nəsirov hazırlığa nisbətən gec qoşulacaq. Bununla əlaqədar olaraq, əvəzedici komandanın bir neçə üzvü əsas heyətlə məşq edir.

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu aprelin 1-də keçiriləcək.


sumqayitpfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30