19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mahir Şükürov: “Öz oyunumuzu oynasaq, Malta üzərində qələbə qazanacağıq” (Müsahibə)

Milli komandamızın və Türkiyənin “Karşıyaka” klubunun üzvü Mahir Şükürov Futbolxeber.az saytına müsahibə verib.

- Malta ilə oyundan öncə millinin düşərgəsində ab-hava necədir?

- Komandada vəziyyət yaxşıdı. Qarşıda çətin oyunumuz var. Tam gücümüzlə məşqlərdə çalışırıq. Prosineçkinin dediklərini öyrənmək istəyirik. İnanıram ki, səylərimiz nəticə verəcək və Malta ilə oyun bizim üçün uğurlu olacaq.

- Necə düşünürsən, Maltaya qalib gələ biləcəyik?

- Qalib gəlməyimiz lazımdı. Düzdür, futbolda sürprizlər çox olur. Xal da itirə bilərik. Amma düşünürəm ki, öz oyunumuzu oynasaq, qələbə qazanacağıq.

- Razısan ki, Malta ilə oyunda qələbədən başqa heç bir nəticə yığmamızı qane etməyəcək?

- Bunu biz də bilirik. Çalışmalıyıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək və onları stadionlara qaytaraq.

- Malta haqqında hansı məlumatlara sahibsən?

- Bu gün Malta Gürcüstan yığması ilə yoxlama oyunu keçirəcək. Həmin görüşdən sonra baş məşqçi bizə bütün lazımı məlumatları verəcək. Onlara bir dəfə yoxlama oyununda qalib gəlmişik. Amma geridə qalan müddətdə Maltaın heyəti güclənib.

- Prosineçki ilə Foqts arasında hansı fərqlər var?

- Prosineçki hücum futbolunun tərəfdarıdır. Düzdür, onun rəhbərliyi altında hələ rəsmi oyuna çıxmamışıq. Amma məşqlərdən görünür ki, hücum futbolunun tərəfdarıdır.

- Özün oyuna hazrsanmı?

- Hə, hazıram. Daha əvvəl kiçik zədəm var idi. Amma indi hər şey qaydasındadır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30