Ölkə futbolu
Nikolady Adam: “Bura uşaq baxçası deyil”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nikolay Adam affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamız hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçdi və iki yoxlama oyununda qüvvəsini sınadı. Əvvəlcə Almaniyadakı toplanışı dəyərləndirməyinizi istərdik...
- Almaniyadakı toplanış yaxşı keçdi. İki yoxlama oyunu keçirdik. İlk oyunda “Düsseldorf”un əvəzedici heyəti ilə qarşılaşdıq. Həmin komanda Almaniyanın 4-cü divizionunda mübarizə aparır və 6-cı pillədə qərarlaşıb. “Düsseldorf” güclü komandadır. Son 10 dəqiqədə qapımızdan 2 top buraxıb məğlub olduq. Cinahlarda buraxdığımız 2 səhv qolla nəticələndi. Çoxlu əvəzetmələr edərək hər futbolçunu yoxlamaq imkanı əldə etdik. “Düsseldorf”u ona görə seçmişdik ki, elit-raundda bizi təxminən bu səviyyədə rəqiblər gözləyir. Əks-hücumlarda qol vəziyyətlərini dəyərləndirə bilmirsənsə, uduzacaqsan. Əks-hücumlarda əldə etdiyimiz imkanlardan maksimum yararlanmalıyıq. Komanda tam olaraq bütün diqqətini bu oyunlara yönəldib. İrlandiya yığmasına böyükhesablı məğlubiyyətdən sonra futbolçular xəyallar qurmurlar, reallığı daha yaxşı hiss edirlər.
- Artıq komanda Fransadadır və 2 gündən sonra elit-raund mərhələsinin oyunları başlayacaq. Komanda oyunlara nə dərəcədə hazırdır?
- Yüz faiz hazırıq. Artıq hər şey futbolçulardan asılıdır. Onlar hansı səviyyədə olduqlarını nümayiş etdirməlidirlər. Biz onları yaxşı hazırlamışıq. Kifayət qədər beynəlxalq oyun təcrübələri var. Bu onlar üçün növbəti addımdır. Elit-raundda zəif rəqib yoxdur. Oyunlarda daha diqqətli olmalıyıq. Ani boşluq buraxsaq, məğlub olarıq.
- Yığmamız kifayət qədər güclü qrupda yer alıb. Meydan sahibləri Fransa, eləcə də İngiltərə kimi futbol ölkələri ilə mübarizə aparacağıq. Eyni zamanda, Danimarkanın özü kifayət qədər güclü rəqibdir. Rəqiblər haqda məlumat toplamısınızmı?
- Əlbəttə, məlumatımız var. Oyunlarına baxmışıq, analiz etmişik. Rəqibi araşdırarkən adətən zəif cəhətlərini aşkarlamağa çalışırsan. Demək olar ki, zəif cəhətləri yoxdur. Ancaq bu o demək deyil ki, buraya turist kimi gəlmişik.
- Rəqib komandaları araşdırdığınızı dediniz. Hansı rəqiblə hansı taktika ilə mübarizə aparacağınızı müəyyənləşdirmisinizmi?
- Xeyr. Çünki son 18-lik bugünkü məşqdən sonra məlum olacaq. Açığı, 18-liyi müəyyənləşdirməkdə çətinlik çəkirik. Bu digər tərəfdən yaxşıdır ki, seçim imkanımız genişdir. Zədəli olduğu üçün Mansur Nahavəndi komandaya kömək edə bilmir. Zədəli olmasaydı belə, cəzalı olduğu üçün ilk oyunda oynamayacaqdı. 4 futbolçu sarı vərəqə limitindədir. Bunların hamısını nəzərə almalıyıq, diqqətli olmalıyıq. Komandadakı futbolçuların, demək olar ki, hamısı eyni səviyyədədir. Hər hansı biri oynamasa, digər çıxıb layiqincə əvəz edəcək.
- Futbolçular psixoloji cəhətdən Fransa, İngiltərə kimi komandalara qarşı oynamağa hazırdırlarmı?
- Bu istiqamətdə onlarla çalışırıq. Əsasən də İrlandiya yığmasına 0:6 hesablı məğlubiyyətdən və U-17-nin elit-raunddakı nəticələrindən sonra onları nələrin gözlədiklərini bilirlər. Bura uşaq baxçası deyil. Biz bu mərhələyə təsadüfən yüksəlməmişik. Futbolçular sübut etməlidirlər ki, biz elit-raunda təsadüfən gəlməmişik. Komandanın 60 faizi növbəti seçmə mərhələdə də çıxış edəcək. Bu futbolçular daha əvvəl də təzyiq altında oynamağı bacarıblar. İnanıram ki, burada da bacaracaqlar. Əlimizdən gələni edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
25.09.2026
24.09.2026
























