25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ” hazırlıqlara start verdi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında fasilə yarandığı üçün futbolçularını qısa istirahətə buraxan “Qəbələ” hazırlıqlarını bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, martın 19-da baş tutan XXVI turun “İnter”lə səfər oyunundan (2:1) sonra 3 gün məşqlərə ara verən “qırmızı-qaralar” Qəbələdə toplaşıb. Hazırlığın ilk günündə Roman Qriqorçukun yetirmələri bir məşqlə kifayətlənib. Hazırlıqdan öncə komanda üzvləri bir gün əvvəl 50 yaşını tamamlayan mütəxəssisi təbrik edib. Məşq öncəsi baş tutan yığıncaqda çıxış edən Ruslan Əmircanov bütün futbolçular adından ukraynalı baş məşqçini təbrik edib, yubileylə bağlı xoş arzularını çatdırıb. Axşam məşqində “Qəbələ”nin bütün futbolçuları iştirak etməyib. Ruslan Abışov və Cavid Hüseynov Azərbaycan millisinin heyətində Avropa çempionatının Malta ilə seçmə oyununa hazırlaşdığından, Tellur Mütəllimov 21 yaşadək futbolçulardan ibarət yığmanın toplanışına qatıldığından “qırmızı-qaralar”ın düşərgəsində deyil. Müalicəsi davam edən braziliyalı Dodo da Qəbələdə baş tutan məşqə qatılmayıb. Zədəsi olan Elvin Camalov isə fərdi məşqlə kifayətlənib.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30