24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Feyenoord”la görüşəcək

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfərə yollanıb. Futbolxeber.az-ın məlumatına görə, bu gündən başlayaraq martın 30-dək davam edəcək səfərlə bağlı planlar genişdir. Belə ki, Xaqani Məmmədovun başcılıq etdiyi kollektiv “Zanbaqlar ölkəsi”ndə həm hazırlıq keçəcək, həm də yerli komandalarla qüvvəsini sınamaqla təcrübə toplayacaq.

Səfərin əsas məqsədi isə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdir. Yarış Hollandiynın şimalında yerləşən Teksten adasında keçirildiyindən turnirin adı buradan götürülüb. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını artırmaqdır.

Lakin “Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. Xaqani Məmmədov və komandası “Feyenoord”un müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək. Yeri gəlmişkən, Stenl Brard “Qəbələ”dən əvvəl məhz “Feyenoord” Futbol Akademiyasında çalışıb.

Sonda onu qeyd edək ki, “Qəbələ”nin U-14 komandası ötən ay “Bakcell Cup” kubokunun qalibi olub və hazırda müvafiq yaş qrupu üzrə ölkə birinciliyində liderdir.

Sonda qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının aprel ayında xarici ölkələrə səfərləri gözlənilir. “Qəbələ” U-12 komandası Türkiyədə keçiriləcək “U-12 İzmir Kuboku”nda, 13 yaşlılarımız ənənəvi “VI Manavqat” turnirində, U-17 komandası isə İtaliyada keçiriləcək Borqaro turnirində çıxış edəcəkdir.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30