19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Azərbaycan futbolu son illərdə alman məktəbinin təsiri altında inkişaf edir”

Serbiyanın U-17 yığmasının baş məşqçisi Deyan Qovedaritsa Bakıda keçiriləcək Avropa çempionatının elit mərhələsinin oyunları haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Serbiya mətbuatına danışan 45 yaşlı mütəxəssis qrupdakı rəqiblərindən olan Azərbaycan millisinin son illər inkişaf etdiyini bildirib: "Bakıdakı rəqiblərimizdən heç biri ilə daha öncə oynamamışıq. Ancaq bu elə də əhəmiyyət kəsb etmir. Çünki bu yaş yığmalarda hər şey sürətlə dəyişir. Azərbaycan futbolu son illərdə alman məktəbinin təsiri altında inkişaf edir. Portuqaliya ənənəvi olaraq bütün aşağı yaş qruplarından ibarət yığmalarda uğurlu təsir bağışlayır. Xorvatiya da həmçinin. Ona görə də biz qarşıdakı oyunlara ciddi yanaşırıq".

Qeyd edək ki, Avropa çempionatının elit mərhələsinin  ilk oyunun sabah Portuqaliya ilə qarşılaşacaq Serbiya yığması martın 22-də millimizlə üz-üzə gələcək.

Mənbə: Qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30