29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycanda Karambö kimi futbolçu yetişməsi üçün çalışmaq, özünü futbola həst etmək lazımdı"

Dünya və Avropa çempionu, Fransa millisinin sabiq üzvü Kristian Karambö bu gün Bakı 2015 I Avropa Oyunlarında çimərlik futbolu üzrə turnirin püşkatma mərasiminə qatılıb. Futbolxeber.az-ın məlumatına görə, tədbir başa çatdıqdan sonra veteran futbolçu jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycan və Bakı haqda təəssüratlarınız necədir?

- Bakıda olmaqdan məmnunam. Bu şəhəri özüm üçün kəşf etdim. Bakıda Avropa Oyunları üçün görülən işlərlə tanış oldum. Ecazkar şəhəriniz var. Həm dövlətiniz, həm də federasiyalar idman qurğularını Bakıya gələcək idmançıların istifadəsinə tam hazırlayıblar. Demək olar, oyunlar üçün hər cür şərait yaradılıb. Qalır idmançıların bura gəlməyi və güclərini nümayiş etdirmələri. Avropa Oyunlarına öz töhvəmi vermək üçün növbəti dəfə Bakıya səfər edəcəyəm.

- Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiniz?

- Bakıda milli komandanızın baş məşqçi Robert Prosineçki ilə görüşdüm. O, Azərbaycanda istedadlı gənclərin olduğunu, onları düzgün şəkildə yetişdirməyin və inkişaf etdirməyin gərəkdiyini bildirdi. Həmin gəncləri erkən yaşlarından yığmaya dəvət alacaqlar. Prosineçki DÇ-2018 üçün mübariz komanda yaratmağa çalışdıqlarını bildirdi. İstərdim ki, Azərbaycan gələn il Fransada keçiriləcək Avropa çempionatına da qatılsın. Amma bu, alınmayacaq. Çimərlik futboluna gəldikdə, baş məşqçiniz son aylarda “Çimərlik futbolu üzrə millinin baş məşqçi ilə də danışdım, komanda haqda məlumatlar aldım. Hesab edirəm ki, Azərbaycan millisi Bakı 2015-də inamlı təsir bağılayacaq. Komanda yeri publika önündə oynayacaq və belədə azarkeşlər də komandaya lazımı dəstəyi verəcəklər.

- Sizcə, nə vaxtsa Azərbaycanda Karambö kimi futbolçu yetişəcək?

- Bunun üçün çox çalışmaq, özünüzü futbola həst etməyiniz lazımdı. Hər zaman nəyisə qurban vermək lazımdı. Püxtələşmiş futbolçu kimi yetişmək üçün futbol işinizə çevrilməlidi. Hər gün məşq etməli, üzərinizdə işləməlisiniz. Qarşınıza konkret məqsəd qoymalısız. Buna doğru irəliləmək lazımdı. Məşqçinizi də daim dinləməli, məsləhətlərinə qulaq asmalısınız. Bundan başqa, yaxşı qidalanmalı, vaxtında yatmalı, yükləmələrdən qaçmalısınız.

- Mayın 29-da FİFA prezidentliyinə seçkilər keçiriləcək. Namizədlər arasında hazırkı prezident Yozef Blatterlə yanaşı, dostunuz Luis Fiqu da var. Kimi dəstəkləyəcəksiniz?

- Bu suala cavab verə bilmərəm. Bakıda FİFA-nın səfiri kimi iştirak edirəm. Amma səsvermədə iştirak edə bilməyəcəm. Səs vermək hüququm yoxdu. Bu hüquq FİFA-nın İcraiyyə Komitəsinin üzvlərinə məxsusdu. Səfir kimi Luis Fiquya hörmətim olduğunu, onunla dostluq münasibətimizin olduğunu deyə bilərəm. Blatter isə həm prezidentim, həm də də dostumdu. Əgər səsvermədən söhbət gedirsə, həmin prosesin özü futbol oyununa bənzəyir. Görək kim qalib gələcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31