20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Kiçik yaşlarımdan Qurban Qurbanovun fanatı olmuşam"

"Bakı"nın və U-19 millimizin üzvü Mahir Mədətovun müsahibəsi

- "Qarabağ"la oyunda ilk qolu siz vursanız da, sonda böyükhesablı məğlubiyyətlə üzləşdiniz...

- Rəqibin kimliyindən asılı olmayaraq, hər zaman son dəqiqəyə kimi mübarizə aparırıq. İlk oyunun nəticəsinə görə işimiz çətin olsa da, bu oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Fikrimcə bunu bacardıq. Birinci hissədə yaxşı oynadıq. Lakin 2-ci hissədə təcrübəsizliyin qurbanı olduq. Biz gənc komandayıq. Təcrübəli futbolçularımız azdır. Demək olar ki, Pelagias Georgiosdan başqa bütün oyunçular gəncdir və buna görə də təcrübəsizlik öz sözünü deyir. Sevinirəm ki, bu oyunda qol vurdum. Bununla komandama kömək edə bilməsəm də, ölkənin ən güclü klubuna qol vurmaq özüməinam hissini bir qədər artırır.
 
- Oyunun sonlarında zədələnərək meydanı tərk etdin...

- Ciddi bir şey yoxdur. Sadəcə millinin toplanışına yollanacağım üçün tez əvəzləndim.

- “Qarabağ”ın qapısına qol vursan da, əvəzlənən zaman rəqib komandanın azarkeşləri tərəfindən alqışla qarşılandın. Bu, onların səni komandalarında görmək istəyi kimi qələmə verilə bilər?

- Mən bütün klubların azarkeşlərinə hörmətlə yanaşıram. “Qarabağ”ın fanatlarına da simpatiyam var. Sosial şəbəkələrdə daim onlar tərəfindən dəstəyi hiss edirəm. Oyunlarda da onların dəstəyi təbii ki, məni sevindirir. Amma sualınıza onların özləri cavab versələr, daha yaxşı olar.
 
- “Qarabağ”la oyundan sonra dayının Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla səmimi söhbəti diqqət çəkdi. Sən də onların arasında idin. Nə barədə danışırdılar?

- Mən kiçik yaşlarımdan Qurban Qurbanovun fanatı olmuşam. O, anamla orta məktəbdə bir sinifdə təhsil alıb. Bu kimi hallar məni ona yaxın edir. Dayımla da tanışdırlar və çoxdan idi ki, görüşmürdülər. Mən də oyundan sonra onların görüşməsi üçün şərait yaratdım.
 
- Son vaxtlar adın Almaniyanın “Ayntraxt” klubu ilə hallanır. Bu barədə nə deyərdin?

- Səhv etmirəmsə “Ayntraxt” və "FSV Frankfurt” klubları U-19 yığmamızın baş məşqçisi Nikolay Adamdan Azərbaycanda gənc yarımmüdafiəçi haqqında maraqlanıblar. O, da onlara məni təklif edib. Amma indidən bu barədə danışmaq istəmirəm. Baş tutan məsələ haqda danışsam, daha yaxşı olar. Hələlik rəsmi heç nə yoxdur.
  
- Premyer Liqanın növbəti turunda “Simurq”la qarşılaşacaqsınız...

- Mən millinin toplanışı ilə əlaqədar komandama kömək edə bilməsəm də, ürəyim onların yanında olacaq. İnanıram ki, bu oyundan maksimum nəticə ilə ayrılacağıq.

- “Bakı” klubunun mövsümün sonunda Premyer Liqanı tərk etmək ehtimalı çoxdur. Əgər bu baş versə, komandadan ayrılacaqsan?

- İnanıram ki, belə bir şey olmayacaq. Əgər “Bakı” birinci diviziona düşərsə, mən ayrılmazdan öncə klub prezidenti Hafiz Məmmədov özü mənim getməyinə şərait yaradar. Çünki, bilir ki, hər hansı bir klub Premyer Liqadan gedirsə, sonradan həmin klubun elitaya qayıtması çətin olur. Bu mənada düşünürəm ki, Hafiz Məmmədov mənə heç vaxt pislik etməz.

- Əsas hədəfin Avropaya getməkdir, yoxsa, iddialı yerli klublardan təklif gələrsə, dəyərləndirəcəksən?

- İlk öncə klubumun vəziyyətinin düzəlməsini gözləyirəm. Ondan sonra yəqin ki, Avropaya getmək haqqında fikirləşmək olar. Əlbəttə, “Qarabağ”, “Neftçi”, ”İnter” kimi yüksək yerlər uğrunda mübarizə aparan yerli klublardan da təklif gəlsə, dəyərləndirərəm. Belə klublarda kim oynamaq istəməz ki?
 
- Aşağı yaş qruplarında millinin formasını geyinmisən. Nə vaxtsa əsas millinin şərəfini qoruyacağını düşünürsən?

- Hər gənc futbolçu kimi mənim də əsas millidə oynamaq ən böyük arzumdur. Oranın ab-havasını hiss etmək istəyərdim. Deyə bilmərəm ki, hazırda milliyə layiqəm. Amma nə vaxtsa orada oynacağıma inanıram. Yəqin ki, yaxın vaxtlarda mənə də dəvət göndərəcəklər.

Mənbə: Qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30