18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elvin Yunuszadə: “Oyunda istər-istərməz adam özündə olmur”

“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” ölkə kubokda yarımfinala vəsiqə qazandı. AZAL-a 1:0 hesabı ilə qalib gəldiyiniz oyun barədə nə deyə bilərsən?

- Birinci oyunda qolsuz heç heçə qeydə alınmışdı. Buna baxmayaraq, hamımız bir nəfər kimi səfərdən başıuca qayıdacağımıza inanırdıq. AZAL yaxşı komandadır, onlara hörmətlə yanaşırıq. Bununla belə, məqsədimzi yalnız yarımfinala yüksəlmək idi. Oyuna gəldikdə, çox yaxşı çıxış etdik. Qol epizodlarımız da çox oldu. Amma onlardan cəmi birindən istifadə etdik.

- Yarımfinalda “Neftçi”nin rəqibi “İnter”di. Cari mövsüm çempionatda bu komandaya qarşı keçirdiyiniz üç oyundan ikisində uduzmusuz və bir dəfə heç-heçə qeydə alınıb. Səncə, kubokda “İnter”i mübarizədən kənarlaşdırmağınız nə dərəcədə realdı?

- Qarşıdakı oyunlara ciddi hazırlaşacağıq. Cari mövsümdə çempionluğumuz çətin görünür. Real baxsaq, yeganə ümidimiz kubokdu. Mövsümü xilas etmək üçün kuboku qazanmalıyıq.

- AZAL-la oyunda bir epizodda topla irəli gedərkən, Arif Əsədov sənə etirazını bildirdi və sən də onun etirazını cavabsız qoymadın...

- Arif Əsədov baş məşqçidi və təbii ki, bizdən çox bilir. Mən onun iradına etiraz bildirmədim. Sadəcə, irəli getməyimin səbəbini izah etmək istədim. Oyunda istər-istərməz adam özündə olmur. Bir qədər çılğınlıq yaranır. Amma yenə deyirəm ki, baş məşqçiyə qarşı etiraz etməmişəm.

- AZAL-ın futbolçularının iddiasına görə top sənin əlinə dəymişdi və bu epizoda görə hakim “Neftçi”nin qapısına penalti təyin etməliydi. Həmin epizodu necə şərh edə bilərsən?

- Vallah, həmin epizodda top əlimə dəymədi. AZAL-ın etirazı haqlı deyil. Əgər, top qarnıma yox, əlimə dəysəydi, özüm hakimə deyərdim ki qapımıza penalti təyin etsin. Lakin referi düzgün qərar qəbul etdi. Orada penalti yox idi.

- AZAL-ın üzvləri Erik Ramosun sarı vərəqə aldıqdan sonra hakimi söydüyünü iddia edirlər və bildirirlər ki, paraqvaylı buna görə meydandan qovulmalıdı. Qarşı tərəfin iddiasını nə dərəcədə düzgün hesab edirsən?

- Həmin epiziodu heç xatırlamram. Bilmədiyim şey barədə danışmağım düzgün olmaz.

- Bir müddət əvvəl saytımıza verdiyin müsahibədə “Neftçi”də maddi problemlər olduğu barədə sualdan yayındın. Bəlkə bu dəfə cavab versən.

- Artıq maddi baxımdan komandada hər şey qaydasındadır. Bütün probemlərimiz həll olunub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30