18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“İspan dilini bilməyən Tərlan Əhmədov sözümü söyüş kimi başa düşübsə, bu mənim günahım deyil”

“Neftçi”nin futbolçusu Erik Ramos klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, paraqvaylı futbolçu ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində AZAL-a qarşı baş tutan oyunda hakimi söyməsi barədə ittihamları rədd edib: “Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı. Bu futboldu və tərəflərdən biri qələbə qazanmalıdır. Tərlan Əhmədov AZAL klubundan əvvəl "Neftçi"də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Tərlan Əhmədov ispan dilində başa düşmür. Əgər oyunda işlətdiyim hər hansı ifadəni Tərlan Əhmədov söyüş kimi başa düşübsə, bu mənim günahım deyil. AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və  hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdır."

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30