29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

AZAL-ın kapitanı: “Birinci hissədə komanda “yatmışdı”

AZAL-ın kapitanı Rəşad Abdullayev ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”yə qarşı baş tutan matçdan (0:1) sonra Futbolxeber.az saytına müsahibə verib. 

- AZAL “Neftçi”yə uduzaraq ölkə kubokunda mübarizəni başa vurdu. Məğlubiyyəti necə şərh edə bilərsən?

- Qış fasiləsindən sonra bu, “Neftçi”yə qarşı evdə keçirdiyimiz üçüncü oyun idi. Əvvəlki 2 oyundan birində qələbə qazanmışdıq, digərində isə uduzmuşduq. Lakin bu dəfə əvvəlki oyunlardan fərqli olaraq zəif çıxış etdik. Oyun istədiyimiz kimi alınmadı. Halbuki görüşə yaxşı hazırlaşmışdıq. Komandada bir qədər həyəcan var idi.

- İlk yarıdan fərqli olaraq, ikinci 45 dəqiqədə AZAL üstün tərəf idi. Birinci hissədəki zəif oyunun səbəbini nədə görürsən?

- Birinci hissədə komanda sanki “yatmışdı”. İkinci hissədə nisbətən yaxşı oynadıq. Qol vurmaq üçün şanslarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. İkinci hissədə “Neftçi” əsasən bizi əks-hücumda yaxalamağa çalışırdı.

- “Neftçi”nin üzvü Erik Ramosun sarı vərəqə aldığı epizodda komanda yoldaşların paraqvaylının meydandan qovulmasını istəyirdilər. Bu ondan irəli gəlirdi ki, əvvəlki turda buna bənzər epizodda hakim sənə qırmızı vərəqə göstərmişdi...

- Mən heç vaxt hakimləri təhqir etməmişəm. Amma mənə hakim “Bakı” ilə oyunda qırmızı vərəqə göstərdi və 3 oyunluq cəza aldım. Bugünki epizod da onun təkrarı idi. Belə çıxır ki, hər hakim bir cür qərar qəbul edir?! Başa düşmürəm. Uzaqda olsam da, mənə də elə gəldi ki, Ramos sarı vərəqə aldıqdan sonra hakimi təhqir etdi.

- Səncə, hakimlərin eyni epizodda fərqli qərar qəbul etmələri nədən irəli gəlir?

- Hər hakimin öz baxışı var. Bəlkə də hakim oyunu korlamaq istəmədi.

- Məqsəd İsayevlə toqquşmadan sonra yerdə qaldın. Həqiqətənmi həmin epizodda “Neftçi”nin müdafiəçisi sənə qarşı kobudluq etmişdi?

- Mən cərimə meydançasına daxil olanda Məqsəd məni yıxdı. Həmin epizodda penalti var idi. Mən heç vaxt özümü yalandan yerə atmaram.

- Ondan əvvəl Elvin Yunuszadənin epizodunda da hakimdən penalti tələb edirdiz. Halbuki epizodun təkrarına baxdıqda topun “Neftçi”nin müdafiəçisinin əlinə yox, qarnına dəydiyi aşkar görünürdü.

- Mən Elvinə yaxınlaşdım. Dedi ki, top əlinə yox, qarnına dəyib.

- AZAL üçün artıq kubok macərası bitdi. İndi komandanın hədəfi nədir?

- Avroliqaya yollanmaq üçün hazırda yeganə şansımız ölkə çempionatında dördüncü yeri tutmaqdır. Kubokda yaxşı şansımız var idi. “Neftçi”ni keçsəydik, “İnter”ə qarşı da yarımfinalda müqavimət göstərə bilərdik. Lakin alınmadı. İndi çempionatda uğur qazanmaq üçün bütün gücümüzü sərf etməliyik.

- Hələ də Avroliqaya yollanacağınıza ümidiniz qalıb?

- Əlbəttə, ümid qalıb. Fasilədən sonra yaxşı oynayırıq. Komandanın oyununda irəliləyiş var. Qış fasiləsindən sonra ən zəif oyunumuz elə bu görüş idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31