20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Robert Prosineçki: "Malta ilə görüşə klublarında 80 faiz oynayanlar dəvət alacaq"

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Futbolxeber.az saytına müsahibə verib.

 

- İlk öncə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində izlədiyiniz AZAL - "Neftçi" matçı (0:1) haqda fikirlərinizi bilmək istərdik.  

- Maraqlı oyun alındı. Xüsusən də ikinci hissədə. İlk yarıda "Neftçi" hesabı açdı. Fasilədən sonra AZAL üstünlüyə yiyələndi. Qol vurmaq üçün şansları da oldu. Əgər, AZAL qol vursaydı, yekun nəticə tam fərqli olardı. Ümumi götürdükdə, hər iki tərəf baxımlı futbol sərgiləməyə çalışırdı.  

- AVRO-2016-nın seçmə mərhələsində Maltaya qarşı keçiriləcək oyuna elə də çox vaxt qalmayıb. Hazırlıq planını artıq müəyyənləşdirmisiz?

- Martın 18-də ölkə çempionatında daha bir turun oyunları keçiriləcək. Həmin vaxtı gözməliyik. Amma ümumi götürdükdə, artıq 5 aydır Azərbaycandayam və demək olar ki, futbolçuların hamısının bacarığına bələdəm. Fevralda Antalyada təlim-məşq toplanışı keçirdik. Martın 22-də millinin üzvləri bir araya gələcək.

- Dəvət edəcəyiniz futbolçuların siyahısı tam məlumdu?

- Dəvət edəcəyim futbolçuları böyük ölçüdə müəyyənləşdirmişəm. 23-24 futbolçuya dəvət göndərəcəyəm.

- Azərbaycan millisində rəsmi debüt edəcəyiniz Malta ilə oyundan öncə sizi daha çox hansı məsələ narahat edir?

- Elə bir ciddi narahatçılığım yoxdur. Futbolçuları və komandamı tanıyıram, onlardan razıyam. Fevraldakı toplanışdan fərqli olaraq bu dəfə ölkə xaricində legioner həyatı yaşayan  futbolçular da yığmanın düşərgəsində olacaq. Belədə komanda daha güclü təsir bağışlayacaq.

- Bu gün yığmada hücumçu probleminin olduğu hiss olunur. Sizə qədər əsas hücumçu hesab olunan Rauf Əliyev "Neftçi"nin əsas heyətindən kənarda qalıb. Eləcə də “Sumqayıt”da oynayan Məhəmməd Qurbanov son zamanlar fərqlənə bilmir...

- Bu fikirlə razıyam. Amma nəzərə almaq lazımdır ki, Məhəmməd Qurbanov “Sumqayıt”da çıxış edir və bu klubun qol vurmaq üçün hər oyunda kifayət qədər şansı olmur. Bununla belə o, 8 qol vurub və daim əsas heyətdə yer alır. Raufa gəldikdə, o qış fasiləsindən sonra mütəmadi olaraq meydana çıxmır. Çempionatı izləyirik, futbolçuların durumu ilə tanışıq. Siyahını açıqlayan zaman bunları nəzərə alacağıq. Malta ilə görüşə klublarında 80 faiz oynayanlar dəvət alacaq.

- Sizdən əvvəl elə olub ki, Rauf Əliyev klubunda zəif təsir bağışlasa da, millidə tam fərqli oyun sərgiləyib. Bundan xəbəriniz var? Eləcə də Raufun ən azı təcrübəsinə görə milliyə çağırılacağını düşünmək olar?

- Bundan xəbərim var. Amma mənim üçün futbolçunun hazırki durumu daha vacibdi. Əvvəlki xidmətlərinə görə kimisi komandaya götürmək düzgün deyil. Seçim zamanı da bunu nəzərə alacağıq. Kim hazırdırsa, ona da dəvət göndərəcəyik. Çempionatın oyunlarını daim izləyirəm. Bayaq da dediyim kimi, Malta ilə görüşə klublarında mütəmadi oynayanlar dəvət alacaq.

- Martın 28-dəki oyundan əvvəl Malta Gürcüstanla qarşılaşacaq. Həmin oyunu izləmək üçün siz və ya köməkçilərinizdən kimsə Gürcüstana yollanacaq? Yoxsa, "İnter"in və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadzedən lazımı məlumatları alacaqsınız?

- Martın 25-də keçiriləcək həmin oyunu köməkçilərimdən Elxan Abdullayev izləyəcək. Bizə lazım olan məlumatları gətirəcək. Maltanın bir neçə oyununun video yazısını izləmişəm. Bu qarşılaşamaya da baxacam.

- Çoxları düşünür ki, Malta zəif rəqibdir. Bu fikirlə razısız?

- Xeyr, rəqibimiz zəif komanda deyil. Onlara qarşı oynamaq çətin olacaq. Ancaq əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Mütəxəssislər və mətbuat yığmanın qapısını qorumağa Səlahət Ağayevlə yanaşı Kamran Ağayev və Emil Balayevi namizəd hesab edir. Düşünmürsüz ki, bu gün Səlahət Ağayev üçün ən layiqli rəqib Aqil Məmmədovdu?

- Mən düşünmürəm ki, Azərbaycan millisinə yalnız adını çəkdiyiniz 3 qapıçı namizəddir. Bizim qapı xətti ilə bağlı problemimiz yoxdu. Andrey Popoviç və Aqil Məmmədov da namizədlərimiz arasındadır. Kamran son turda “Kayserispor”un heyətində meydana çıxdı. Emil Balayev isə perspektivli qapıçıdı. Düzdü, o hələ ki "Ayntraxt"da əsas heyətdə oynamır, amma istedadlıdı. Səlahət isə komandasında mütəmadi oynayır. Buna görə də qapı ilə bağlı problemimiz yoxdu.

- Bir müddət əvvəl qızınız üçün Bakıda məktəb axtardığınızı demişdiniz. Bu məsələni həll edə bildiz?

- Məktəb məsələsini həll etmişik. Qızım məktəbə gedir və hazırki durumundan məmnundur.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30