20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Cavid İmamverdiyev: “Heç nədən xəbərim yoxdur”

Milli komandamızın və "Elazığspor"un üzvü Cavid İmamverdiyevin müsahibəsi 

- Baş məşqçi Ümit Özatın Sizi əsas komandadan kənarlaşdırmasına dair xəbərlər yayılıb...
- Doğru xəbər deyil. Belə bir şey yoxdur.
- Axı bu barədə Özatın özü yerli telekanala açıqlama verib...
- Bilirəm. Mən də sizin kimi eşitmişdim. Amma dünən də, bu gün də əsas komanda ilə məşqdə olmuşam. Mənə heç nə deyilməyib. Əvvəlki qaydada məşqlərimi davam etdirirəm.
- Bəs özünüz bu məsələni aydınlaşdırdınız?
- Mən peşəkar futbolçuyam. Gedib baş məşqçiyə nə deyə bilərəm? Belə bir şey varsa, özü bizə deməlidir. Mən kiməsə yaxınlaşıb soruşmalı deyiləm.
- Öncədən onun sizinlə, eləcə də əsas heyətdən kənarlaşdırıldığı deyilən Franko Kangele və kapitan Fabio Bilika ilə münaqişəsi var idi? Bəlkə elə buna görə istefa vermişdi?
- Xeyr, bizimlə həmişə yaxşı münasibətdə olub. İndi də əla münasibətdəyik. Aramızda heç vaxt problem olmayıb. Onun nəyə görə istefa verdiyindən inanın ki, məlumatsızıq. Kangele və Bilikaya da heç nə deyilməyib.
- Özatın  baş məşqçi vəzifəsində saxlanılmasından sonra klubun I vitse-prezidenti Münir Yılmaz istefa verdi...
- Mən də sizin qədər məlumatlıyam. Başqa heç nədən xəbərim yoxdur. Bilmirəm niyə getdi, niyə qayıtdı? Nəinki mən, bütün futbolçular bilmir. Baş məşqçinin özü də bizə açıqlama vermir. Kollektivlə münasibətləri də qaydasındadır. 
- Mövsümün sonunda "Elazığspor"la icarə müqaviləniz başa çatır. Klub rəhbərliyi Sizə yeni müqavilə təklif etməyib?
- Hələ tezdir. Bu barədə mayda danışmaq olar.
- Hazırkı durumunuzdan razısınız?
- Son zamanlar əsas heyətdə müntəzəm yer alıram. Hərçənd, nəticələrimiz elə də yaxşı deyil. Eniş və yüksəliş hər bir komandada ola bilər. Mümkündür ki, 10 oyun dalbadal xal qazanmayasan və ya əksinə.
- 23 turdan sonra "Elazığspor" 27 xalla 13-cü pillədə qərarlaşıb. Artıq Super Liqaya vəsiqə uğrunda mübarizəyə imkan verən ilk "8-liy"ə düşmə şanslarını itirdiyinizi demək olar?
- Bunu da bilmək olmaz. Hər şey mümkündür. 
 

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30