20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

İcraiyyə Komitəsində qəbul olunan qərarlar

Bu gün Park İnn otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:

Klubun aktivindən xalların silinməsi

Maliyyə sanksiya

Futbolçunun diskvalifikasiyası

2. 2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşdirilsin. Cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını Birinci Divizionda davam etdirsin. Birinci Diviziondan Topaz Premyer Liqasına AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və Birinci Divizionda müvafiq yerləri tutan 2 klub yüksəlsin.

3. 2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar  AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçirilsin.

4. Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılsın.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30