19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Hafiz Məmmədov “Xəzər Lənkəran” rəhbərliyinə səsləndi: “Borclarınızı qaytarın”

“YENİ MÖVSÜMDƏ YENƏ DƏ İDDALI OLACAĞIQ”

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Son zamanlar “Bakı” ətrafında xeyli söz-söhbətlər baş verir. İstərdik bu məsələlərə aydınlıq gətirəsiz.

- Hamı kimi bizim də çətinliyimiz var. Əslində, ciddi maliyyə problemləri yaşamırıq. Problem ondadır ki, bəzi iş adamları maliyyə əməliyyatlarını görə qalan borc qalıqlarını vaxtında ödəmirlər. Bu məqam bizim biznesimizə təsir edir. “Xəzər Lənkəran” klubunun sponsorlarının bizə borcları var. Gecikmə isə tək “Bakı”ya yox, “Lans”a da təsir göstərir. “Lans”ın vəziyəti daha  ağırdı. Sizin vasitənizlə “Xəzər Lənkəran”ın sponsoru olan “Palmali” rəsmisi Ələddin Aytaca səslənirəm ki, bizə olan borclarını qaytarsınlar.

- “Palmali”nin ödəməli olduğu məbləğ nə qədərdir?

- Konkret rəqəm açıqlamağım düzgün çıxmaz. Yalnız onu deyim ki, həmin məbləğ “Bakı”nın uzun müddətli büdcəsidir

- Digər hansı şirkətlərdən alacağınız var?

- Bəzi yoldaşlarda var. Amma “Xəzər Lənkəran” rəhbərliyi ilə olan məsələni həll etsək, problem qalmayacaq

- Gələcəkdə “Atletiko” ilə əməkdaşlığı davam etdirmək fikriniz var?

- Onlarla müqaviləmiz oktybarda başa çatır. Onlara xeyli təkliflər var. Amma “Atletiko”nun ilk seçimi bizik. Çünki “Land of fire Azerbaijan” onlara uğur gətirib. Dieqo Simonenin də komandaya gəlişi həmi vaxta təsadüf edir. Mən gələcəkdə də müqavilənin davam etdirilməsini istəyirəm. Lakin bu işi tək görmək çətindi. Müəyyən biznes strukturları ilə bu haqda  danışacağıq. Yanımızda digər iş adamlarını da görsək, yaxşı olar. Nəzərə almaq lazımdır ki, “Land of fire Azerbaijan” bir brenddir. “Atletiko”nun ötən mövsüm oyunlarını 250 milyon azarkeş izləyib. Bu, rəsmi rəqəmlərdi. Bu qədər insan “Land of fire Azerbaijan”ı izləyib.

- “Bakı” bu çətin vəziyyətdən çıxa biləcək?

- “Bakı” çətin vəziyyətə düşdü, tarix yazıldı. Bu, olmamalı idi. Amma oldu. “Palmali”dən nə qədər gözlədik, cavab gəlmədi. Bu gün məcbur olub, bu məsələni mətbuata açıqlayırıq ki, bəlkə mətbuatın vasitəsi ilə məsələ həll olunar. Borcun ödənilməməsi yeni deyil. Xeyli müddətdir bu məsələ müzakirə edilir. Son dəfə onlara dekabrda məktub yazıb, xəbərdar etdik ki, təhlükəli durumdayıq. “Lans” Azərbaycana məxsusdur. Cəhd etdik ki, bizə çatası məbləği yubatmasınlar. Özü də borc 1 həftə, 10 gün ərzində yox, tezliklə ödənilməlidir. Bu gün, uzağı birinci günə kimi. Dünən Fransa səfiri ilə görüşmüşük. Biz qarşı tərəfi əmin etməliyik ki, öhdəçiliyimiz tam yerinə yetiriləcək. Sabah PSJ ilə oyun var. Həmin oyundan sonra iğtişaşlar yaşana bilər. Son oyunda anti-Azərbaycan, anti-Hafiz şüarları səsləndi. Sabah da başqa şeylər ola bilər. “Palmali”yə hörmətimiz var. Amma düşünüb qərar verməlidirlər, məbləğ ödənilməlidir.

- Bu haqda “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla söhbətiniz olub?

- Mübariz bəyə müraciət etməyə ehtiyac duymadıq. Çünki bizim bütün danışıqlarımız Ələddin bəylə olub. Mais Mənsimovla da bu məsələni müzakirə etmişik.

- Son hadisələrdən sonra yeni mövsümdən “Bakı”nın fəaliyyət göstərməyəcəyi barədə də söhbətlər yayılıb...

- Yox, “Bakı” yaşayacaq. Yeni mövsümdə yenə də iddalı olacağıq. Amma daha səliqəli şəkildə fəaliyyət göstərəcəyik. 1-2 yaxşı transfer də reallaşdıracağıq. Yenə də “Bakı”nı həmişə kimi görəcəksiniz.

- “Bakı”ya qarşı son zamanlar münasibətin dəyişdiyini gördünüz?

- Yox, əksinə daha yaxşı münasibət gördüm. Federasiya tərəfindən komandaya çox yaxşı dəstək oldu. Rövnəq müəllimin göstərişi ilə müəyyən işlər görüldü. AFFA “Bakı”nın müəyyən xərclərini ödədi. Onlar hər zaman bizim arxamızdadırlar.

- Bir müddət əvvəl “Bakı” klubu ilə Qolf federasiyası arasında müəyyən problemlərin olduğu barədə xəbərlər yayılmışdı. Bu nə dərəcədə həqiqətdir?

- Bu haqda geniş məlumatım yoxdu. Problrm mən burda olmayan zamanı baş verib. Geri qayıdanda isə artıq problem həll olunmuşdu. Hər kəs anlamalıdır ki, “Bakı” futbol klubunun bazasından tək biz yararlanmırıq. Daha əvvəl FİFA prezidenti Blatter də bizim bazadan razılıq etmişdi. Bu cür yüksək səviyyəli meydançalara qarşı nə üçün təxribat olmalıdır? O stadionlar beynəlxalq yarışlar üçün məşq meydançasıdır. Məsləhətim odur ki, belə hallar bir daha təkrarlanmasın.




Ad: behram;   E-mail: ---

07.03.2015 18:04

Axi orda ishleyen kasib kusub fehlelerin,qadinlarin ne gunahi var?bunlar hamisi Azerbaycan vetandashidilar niye bu qeder milletinizi incidirsiz?onlarin hamisi eve cörek pulu aparirlar /Yeyqin ki tez bir zamanda Siz bir közüm taparsiz.Allah size de orda ishleyenlere de kömek olsun.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30