25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

”Xəzər Lənkəran” məşq edib Bakıya yola düşdü

“Turan” üzərində qələbədən sonra bir günlük istirahətini başa vuran “Xəzər Lənkəran”, dünəndən məşqlərini bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, dünən, gün ərzində yeganə, gündüz məşqini Lənkərandakı bazasının ehtiyat meydançasında keçirən komanda bu gun, səhər məşqini də tamamlayaraq Bakıya yola düşüb. Premyer liqanın XXXI turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi məkanda, “Bayıl Arena”da oyun öncəsi son məşqini edib hazırlığını tamamlayacaq. Hazırda komandada zədəlilərin çoxluğu məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Belə ki, Kamran Abdullazadə, Elnur Abdullayev, Akif Tağıyev, Adrian Pit, Vanderson Skarduelli və Dimitrios Sialmas komanda ilə birgə hazırlıq keçə bilmir. Adıçəkilən futbolçular hələlik fərdi olaraq məşqlərini davam etdirirlər. 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30