24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Məhəmməd Mirzəbəyov: “Bununla menecerim məşğul olur, mənim işim futbol oynamaqdı”

“İnter”in və milli komandamızın üzvü Məhəmməd Mirzəbəyov Futbolxeber.az saytına müsahibə verib.

- Son turda “İnter” “Simurq” üzərində 2:1 hesablı qələbə qazandı. Qələbəni layiqli hesab etmək olar?

- Həmin matçda yaxşı oynadıq. Həm hücumda, həm də müdafiədə diqqətli idik. İkinci hissədə taktiki dəyişiklik oldu və bundan sonra daha ağıllı oyun sərgilədik. Fasilədən sonra şanslarımız da çox oldu. Layiqli qələbə qazandığımızı düşünürəm.

- Səninçün hansı daha rahatdı: 4, yoxsa 5 müdafiəçi ilə oynamaq?

- Bu, rəqibdən asılı olaraq dəyişir. Elə olur ki, 4 müdafiəçi ilə oynamaq asandı, nəinki 5. Biz ilk dövrədə “Simurq”a qarşı mübarizə aparanda oyuna 5 müdafiəçi ilə başladıq. Sonradan 4 müdafiəçili sistemə keçdik. Amma bu dəfə əksinə oldu. İlk yarıda 4, sonradan 5 müdafiəçi ilə çıxış etdik. Hansı sistemlə oynamağın mənimçün fərqi yoxdu. Əsas odur ki, məşqçi mənə inanır.

- Sən də daxil olmaqla, “İnter”in 5 futbolçusu bir neçə gün klubun deyil, millinin düşərgəsində oldu. Bu məqam çıxışınıza mənfi təsir göstərmədi?

- Yox, heç bir problem olmadı. Onsuz biz orda da məşq edirdik, istirahət etmirdik (gülür). “Simurq”la oyunda komandamız çətinliklə üzləşmədi, komanda şəklində yaxşı görsəndik. İndi bunun ardını gətirməliyik.

- Son turda “Qarabağ”ın uduzmasından sonra xal fərqiniz 6-ya endi. Bu, “İnter”in futbolçularını ümidləndirib?

- İndidən çempionluq barədə nəsə demək çətindir. Sona yaxın bu barədə danışmaq daha yaxşı olar. Kimin çempion olacağını Tanrı bilir. İndi fərq 6-dı. Bəlkə növbəti turdan sonra 3 oldu, ya da əksinə 9. Gözləmək lazımdı. Oyunların sayı azaldıqca dəqiq proqnoz vermək mümkündür.

- Qarşıda “İnter”i “Xəzər Lənkəran”la kubok oyunu gözləyir.

- Kubokda da məqsədimiz sona kimi getməkdir. İlk oyunu evdə keçirəcəyik və buna görə də sərfəli nəticə qazanmalıyıq ki, səfərə bir qədər rahat yollanaq.

- Kubokla yanaşı, çempionatda “İnter”i “Neftçi” və “Qəbələ”yə qarşı ardıcıl 2 çətin oyun gözləyir. Təqvimin müəyyən qədər sıx və uğursuz olması komandaya problem yaratmayacaq ki?

- Məşqçimiz də bunu bilir. Heyətimiz təkcə 11 oyunçudan ibarət deyil. Komandada 20-25 futbolçu var və onların hamısı meydana çıxıb, layiqli şəkildə mübarizə apara bilər.

- Son vaxtlar inamlı oyununla demək olar ki, Premyer Liqanın bütün iddialı klublarının transfer siyahısında yer alırsan. Gələcək karyeranla bağlı indidən nəsə götür-qoy edirsən?

- İndi yalnız çempionat və kubok barədə düşünürəm. Hazırda gələcək karyeram barədə düşünmək doğru olmaz. “İnter”lə müqaviləm var və sonuna kimi onu yerinə yetirməliyəm. Elə etməliyəm ki, halalıq olsun. Komandaya maksimum xeyir vermək üçün əlimdən gələni edirəm. Təkliflər barədə mövsümün sonunda düşünəcəyik.

- Hansısa klubdan konkret təklif gəlib artıq?

- Bununla menecerim məşğul olur, mənim işim futbol oynamaqdı. Ona görə də sualınıza dəqiq cavab verə bilməyəcəyəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30