19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Hayduk”a keçən həmyerlimiz: “Bura ehtiyyatda oturmağa gəlməmişəm”

"Neftçi" PFK-nın futbolçusu, icarə əsasında Xorvatiyanın "Hayduk Split" klubunda çıxış edən Ruslan Qurbanov “ağ-qaralar”ın rəsmi saytına müsahibə verib:

- Ruslan, "Neftçi" azarkeşləri, futbolsevərlərimiz daim səninlə maraqlanır. Xorvatiyada, yeni komandanda özünü necə hiss edirsən?

- Əvvəlcə "Neftçi" azarkeşlərini buradan salamlayıram. Çox sağ olsunlar ki, xatırlayırlar, unutmurlar. Burada yeni olsam da, demək olar ki, mühitə öyrəşmişəm. Komandamızda əla ab-hava var. Artıq bir çox futbolçularla dostlaşmışam. Xüsusən də Artyom Milevski ilə əla münasibətimiz var.

- Yəqin ki, ilk oyuna çıxacağın günü səbrsizliklə gözləyirsən.

- Bura ehtiyyatda oturmağa gəlməmişəm. İstəyirəm ki, özümü sübut edim. "Neftçi" rəhbərliyi "Hayduk"a keçidim üçün hər cür köməklik göstərdi. İndi qalır bu etimadı doğrultmaq. Sabah Xorvatiya kuboku uğrunda oyunumuz var. 1/4 final mərhələsində cavab matçına çıxacağıq. Rəqibimiz "Vinoqradar" klubudur. Bu qarşılaşmada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam. Məqsədim komandanın heyətində möhkəmlənməkdir.

- "Hayduk Split" klubunda neçə nömrəli futbolka ilə oynayacaqsan?

- Əslində, mən "Neftçi"də olduğu kimi 23 nömrəli futbolkanı istəyirdim. Amma mənə dedilər ki, istəsəm  7 nömrəli futbolkanı da götürə bilərəm. Hələ uşaq vaxtından bu nömrəli futbolka çox xoşuma gəlirdi. Ona görə də 7-ni seçdim.

- Komandanın hədəfləri barədə danışardın.

- Çempionatda hazırda 4-cü yerdəyik. Məqsədimiz avrokuboklara vəsiqəni təmin etməkdir. Ölkə kubokunda isə yalnız qələbə və maksimum nəticə üçün mübarizə aparırıq.

- Orada oyunlara azarkeş marağı nə səviyyədədir?

- Burada futbolu çox sevirlər. İnsanların futbola böyük marağı var. Ötən tur komandamızın ev oyununa çoxlu azarkeş gəlmişdi. Belə bir şəraitdə oynamaq futbolçu üçün də çox xoşdur. İstəyirəm ki, mən də öz oyunumla azarkeşlərin sevimlisinə çevrilim.

- İcarə müddəti mövsümün sonunda bitir...

- Düzdü müqaviləm mövsümün sonuna kimidir. Əgər, bu müddətdə istədiyim oyunu nümayiş etdirə bilsəm, razılaşmanın müddəti uzanacaq. İstəyirəm ki, Azərbaycanı və "Neftçi"ni burada layiqincə təmsil edim.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30