29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Avrokuboklara vəsiqəni kubokda daha tez qazanmaq mümkündür”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Qəbələ İK” qəzetinə açıqlamasında Azərbaycan kubokunda qarşıdakı debütü ilə bağlı fikirərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, o, məşqçilik karyerasında kubokda qalib, finalçı olmaqla müəyyən təcrübə qazandığını bildirib: “Əlbəttə, Azərbaycanda da ölkə kubokunu qazanmağı çox istəyirəm. Hesab edirəm ki, bu, “Qəbələ” üçün də böyük nailiyyət olacaq. Məqsədə çatmaq üçün bütün gücümüzü qoyacağıq. İş elə gətirib ki, 4 gün ərzində 2 çətin oyuna - əvvəlcə çempionatda lider “Qarabağ”la, sonra kubokda “Simurq”la matça çıxmalı oluruq. Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoyulubsa, komanda sıx qrafikdə oynamağa hazır olmalıdır. Oyunçular da bu qrafikə öyrəşirsə, bunu tam futbol həyatı adlandırmaq olar. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bizi çətin və maraqlı mübarizə gözləyir".

Baş məşqçi çempionatla kuboku belə müqayisə edib: “Söhbət nəticə qazanmaqdan gedirsə, kubok da tituldur. Çempionatdan fərqli olaraq, avrokuboklara vəsiqəni bu yarışda daha tez qazanmaq mümkündür. Bunu yaxşı başa düşürük. Ancaq rəqiblərimiz də belə düşünürlər. Kubokda mübarizə aparan iddialı komandalar da qarşısına qalib olmaq məqsədi qoyur. İndiəsas vəzifə növbəti rəqibi keçib, yarımfinala çıxmaqdır”.

Ukraynalı mütəxəssis 1/4 finalda “Simurq”la oyunların gərgin olacağına əmindir: “Simurq” bir sıra komponentlərdə müəyyən potensiala malikdir. Praktika göstərir ki, kubokda oyunadək favorit haqda danışmırlar. Çünki bu turnirin özəllikləri var. Məncə, bütün komandaların şansları bərabərdir. Ola bilər ki, ilk oyunu səfərdə keçirmək psixoloji baxımdan bir az asandır və cavab matçını evdə keçirmək işi nisbətən asanlaşdırır. Ancaq ilk oyunu evdə, yoxsa səfərdə keçirmək, mənim üçün prinsipial məsələ deyil. Çünki istənilən halda 2 fərqli məkanda oynayacağıq”.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31