18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

8-ci “Sabahın Ulduzları” Bakı Çempionatı yekunlaşdı

 

Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi VIII “Sabahın ulduzları” paytaxt çempionatına və ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş turnirə yekun vurulub. Bakı Futbol Federasiyasının Mətbuat Xidmətindən aldığımız məlumata görə, 2000-2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandaların yarışdığı yuxarı yaş qrupunda Ağdamın “Qarabağ” komandası (məşqçisi Elbrus Rzayevdir) çempion adına layiq görülüb. Bu yaş qrupunda “Bakı” FK ikinci (məşqçisi Asif Abbasovdur), “Neftçi” PFK isə (məşqçisi İsmayıl Hüseynovdur) üçüncü yeri tutub.
 
2002-2003-cü il təvəllüdlü futbolçuların yarışdığı hazırlıq qrupunda da bütün çempionat boyu komandalar gərgin idman mübarizəsi aparıb. Yekunda “Bakı” Futbol Klubunun eyni adlı komandası (məşqçisi Fərrux İsmayılovdur) “Sabahın ulduzları” çempionatının qalibi olub. “İnter” isə (məşqçisi Elmir Mirzəyevdir) gümüş  medalları qazanıb. Yuxarı yaş qrupunda olduğu kimi, bu qrupda da bürünc pilləni “Neftçi” PFK (məşqçisi Tural Kərimovdur) tutub.
 
Bundan başqa, “Sabahın ulduzları” paytaxt çempionatının hazırlıq qrupunda çıxış edən ən güclu altı komandanın (2002-2003-cü il təvəllüdlü) iştirakıyla ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir də keçirilib. Bu turnir “İnter” komandasının qələbəsi ilə başa çatıb. Final qarşılaşmasında “Qarabağ”la üz-üzə gələn “İnter” daha yaxşı oynayaraq rəqibini 6:2 hesabı ilə məğlubiyyətə uğradıb. 
 
Keçirilən mükafatlandırma mərasimində Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə, “İnter” PİK Uşaq-Gənclər Futbol Məktəbi inkişafı üzrə layihə rəhbəri Valentin Xodukin və “Qarabağ” FK-nın aşağı yaş qrupları üzrə texniki direktoru Səbahəddin Tekin yubiley turnirində fəal iştirakına görə bütün komandalara minnətdarlıqlarını bildiriblər. Oyunun hakimlərinə, məşqçilərə hədiyyələr verilib. "İnter" və “Qarabağ” futbolçularına medallar təqdim olunduqdan sonra qalib komandanın kapitanı Ramin Məhərrəmov turnirin kubokunu başı üzərinə qaldırıb.

inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30